{category-title}

Yaxşı, xeyirxah, əməli saleh insan demək olar ki, əbədidir, ölməzdir. Ona görə ki, xeyirxah insanlar əməlləri ilə, gördüyü işlərlə nəsillərə qoyub getdikləri töhfələrlə hər zaman yad edilir və digər şəxslərə də ən yaxşı nümunə kimi göstərilirlər. İnsanlarda bir çox keyfiyyətlər var lakin, onların ən gözəli yaxşılıq etmək, xeyirxahlıqdır. Çünki bu elə bir xüsusiyyətdir ki, birbaşa insanlar arasındaki münasibətlərdə təzahür edir. Və xeyirxahlıq elə bir şeydir ki, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi insanın ən çarəsiz anında qarşısına çıxır. Buna görə də yaxşı insan olmaqdan qorxmamaq lazımdır. Çünki hər hansı cəhətdən edilən yaxşılıq bu dünyada itmir.


Buna görə də, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmaq lazımdır. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur. Təbii ki, dünya bu cür dəyərli, qiymətli insanlardan xali də deyil. Əgər yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib geridə qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Gələcək nəsil üçün nümunə olacaq şərəfli bir ömür yolu keçmisən. Bu yazıda məhz elə insanlardan birinin-gözəl insan, xeyriyyəçi Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.


Müdriklər demişkən, “xalq üçün, Vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və bir o qədər də şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək yanılmarıq. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, əsl insan, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevdir. Buna görə ki, Abdin Fərzəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır. Abdin Fərzəliyev həmçinin qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Çünki Abdin Fərzəliyev onların heç bir müraciətini geri çevirməyən və səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazır olan bir şəxsdir. Abdin Fərzəliyev hətta karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərmişdir.


Şərəfli vəzifəyə yiyələnən Abdin Fərzəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Abdin Fərzəliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Çünki o, kömək etdiyi hər kəsin rəğbətini qazanan şəxsiyyətdir.


Onu da qeyd etmək lazımdır ki, Abdin Fərzəliyev yüksək texniki biliyi və təhsili olan, həmçinin çox yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir.


Sorğu apardıq ağız dolusu Abdin Fərzəliyevdən danışdılar: yaxşı ki, Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısıdır. Abdin Fərzəliyev öz işgüzarlığı ilə tanınır və seçilir. Abdin Fərzəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir. Bunun sirri onun Abşeron Rayon İcra Hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır.
Abdin Fərzəliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, hətta vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.


Abdin Fərzəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən xüsusi zövq alır.


Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Son xəbərlər

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Bütün xəbərlər