{category-title}

Xeyirxahlıq əbədidir ölməzdir

 


Yaxşı, xeyirxah, əməli saleh insan demək olar ki, əbədidir, ölməzdir. Ona görə ki, xeyirxah insanlar əməlləri ilə, gördüyü işlərlə nəsillərə qoyub getdikləri töhfələrlə hər zaman yad edilir və digər şəxslərə də ən yaxşı nümunə kimi göstərilirlər. İnsanlarda bir çox keyfiyyətlər var lakin, onların ən gözəli yaxşılıq etmək, xeyirxahlıqdır. Çünki bu elə bir xüsusiyyətdir ki, birbaşa insanlar arasındaki münasibətlərdə təzahür edir. Və xeyirxahlıq elə bir şeydir ki, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi insanın ən çarəsiz anında qarşısına çıxır. Buna görə də yaxşı insan olmaqdan qorxmamaq lazımdır. Çünki hər hansı cəhətdən edilən yaxşılıq bu dünyada itmir.

Buna görə də, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmaq lazımdır. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur. Təbii ki, dünya bu cür dəyərli, qiymətli insanlardan xali də deyil. Əgər yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib geridə qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Gələcək nəsil üçün nümunə olacaq şərəfli bir ömür yolu keçmisən. Bu yazıda məhz elə insanlardan birinin-gözəl insan, xeyriyyəçi Göygöl DYPB-nin rəisi Azər Ələkbərovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, Vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və bir o qədər də şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək yanılmarıq. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, əsl insan, Göygöl DYPB-nin rəisi Azər Ələkbərovdu. Buna görə ki, Azər Ələkbərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır. Azər Ələkbərovhəmçinin qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Çünki onların heç bir müraciətini geri çevirməyən və səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazır olan bir şəxsdir. Azər Ələkbərov hətta karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərmişdir.

Şərəfli vəzifəyə yiyələnən Azər Ələkbərov bu işin müqəddəsliyini qoruyub saxlayır. Azər Ələkbərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Çünki o, kömək etdiyi hər kəsin rəğbətini qazanan şəxsiyyətdir.

Onu da qeyd etmək lazımdır ki, Azər Ələkbərov yüksək texniki biliyi və təhsili olan, həmçinin çox yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir.

Sorğu apardıq ağız dolusu Azər Ələkbərovdan danışdılar: yaxşı ki, Azər Ələkbərov Göygöl DYPB-nin rəisidi. Azər Ələkbərov öz işgüzarlığı ilə tanınır və seçilir. Azər Ələkbərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir. Bunun sirri onun Göygöl DYPB-nin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır.

Azər Ələkbərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, hətta vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Azər Ələkbərov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən xüsusi zövq alır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Göygöl DYPB-nin rəisi Azər Ələkbərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər