Türkiyə sahillərində güclü zəlzələ oldu
Türkiyə sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanların episentri əhalisi təxminən 112 min nəfər olan Alanya şəhərindən 85 kilometr cənub-qərbdə, ocağı isə 69 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.