{category-title}

İsrail ordusu Livanda ciddi itkilər verdi

Bu gün Livanda 4 İsrail hərbçisi həlak olub.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Həlak olan hərbçilərdən hazırda yalnız birinin kimliyi açıqlanıb.

Məlumata görə, 33 yaşlı ehtiyatda olan podpolkovnik Dor Qedaliya Ben-Simon Livanın cənubunda tankın partlaması nəticəsində həlak olub. O, Beyt Ha-Şita kibutzu sakinidir və 401-ci zirehli briqadanın 52-ci batalyonuna komandanlıq edirdi.

İsrail ordusu bildirib ki, hadisədən sonra üç hərbçinin ailəsinə məlumat verilib. Bir neçə saat sonra həmin ərazidə oxşar şəraitdə daha beş hərbçi yaralanıb. Onlardan biri, ehtiyat zabit ağır xəsarət alıb.

İsrail ordusunun digər bir məlumatına görə, “Lyonun Rüyası” əməliyyatı başlayandan bəri 34 hərbçi həlak olub, onlardan 22-si 16 apreldən sonra qeydə alınıb. 7 oktyabrdan bu yana isə ümumilikdə 961 hərbçi həyatını itirib.

Digər yandan Livan Səhiyyə Nazirliyi İsrail Müdafiə Ordusunun ölkənin cənubundakı bir neçə kəndə endirdiyi zərbələr nəticəsində azı 18 nəfərin həlak olduğunu, 33 nəfərin isə yaralandığını açıqlayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, hücumlar nəticəsində həm ölən, həm də yaralananların sayı dəqiqləşdirilir və xəsarət alanlar arasında vəziyyəti ağır olanlar da var.

Qeyd edək ki, İsrailin Livana hücumları ABŞ-İran arasında imzalanan memeranduma və sülhə gedən prosesə ciddi mane törədir. Belə ki, bu gün İsveçrənin paytaxtı Cenevrədə ABŞ və İran nümayəndələri görüşməliydilər. Lakin ABŞ-nin vitse-prezidenti Cey Di Vens Cenevrəyə gəlməyib. Məhz onun bu addımının səbəbi elə İsrailin Livana qarşı hücumları olub. Çünki İran İsveçrədə ABŞ ilə danışıqların bərpasından əvvəl Livanda hərbi əməliyyatların dayandırılmasına dair zəmanət tələb edib.İsrailin Livana endirdiyi zərbələrdən sonra planlaşdırılan danışıqlar müvəqqəti olaraq təxirə salınıb. Danışıqların nə vaxt bərpa olunacağı isə hələlik açıqlanmayıb.

Son xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər