{category-title}
Gündəm / Dünya
23.11.2021, 14:20
"Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək" - Ərdoğan
“Türkiyədə növbədənkənar prezident seçkiləri olmayacaq”.
Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında bildirib.
“Növbəti seçkilər 2023-cü il iyun ayında keçiriləcək”, - o vurğulayıb.
Qeyd edək ki, Türkiyə müxalifəti növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. R.T.Ərdoğan əvvəllər də bir neçə dəfə ölkədə növbədənkənar seçkilərin olmayacağını bəyan edib.