{category-title}
Gündəm / Cəmiyyət
11.11.2021, 08:07
Azərbaycan Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi yaradacaq
Azərbaycanın Qafan-Gorus avtomobil yolunda nəzarət-buraxılış məntəqəsi yaratması gözlənilir.
Yolun Azərbaycan ərazisindən keçən hissəsində yaradılacaq məntəqə gömrük və sərhəd xidməti nəzarəti həyata keçirəcək.
Nəzarət-buraxılış məntəqəsinin noyabrın 11-dən yaradılması gözlənilir.
Azərbaycanın bununla bağlı artıq Ermənistan tərəfini məlumatlandırdığı bildirilir.