{category-title}

 

İcra başçısı ilə vətəndaşlar arasında nə baş verib? - Video

 

Sosial şəbəkələrdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla vətəndaşlar arasında baş verən gərginliklə bağlı video yayılıb.

Sözügedən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Bildirilir ki, hadisə rayonun Seydimli kəndində baş verib. İcra başçısı ilə görüş zamanı kənd sakinləri Vətən müharibəsi zamanı onların evlərinə dəymiş ziyanın ödənilməməsinə görə etiraz ediblər. Bundan əlavə, M. Məmmədovun onun videosunu çəkən vətəndaşlara polis vasitəsilə təzyiq etdiyi iddia edilir.

“Qafqazinfo” məsələ ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, Tərtər rayonunun Seydimli kəndi rayonun ən az atəşə məruz qalmış yaşayış məntəqələrindəndir: "Vətən müharibəsi zamanı kəndə çox az sayda mərmi düşüb və 75 ev icra nümayəndəliyi tərəfindən vətəndaşların müraciətləri əsasında qeydiyyata alınıb və işçi qrupu tərəfindən onların evinə baxış keçirilib. İşçi qrupu tərəfindən evlərə baxış keçirilərkən həmin evlərdən 23 ev qənaətbəxş hesab olunub. Etiraz edən vətəndaşların yaşadıqları əraziyə mərmi düşmədiyi üçün onların evləri qeydiyyata alınmayıb və işçi qrupu tərəfindən baxış keçirilməyib.

Vətən müharibəsində evlərinə ziyan dəyən vətəndaşlara kompensasiya və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən hər ailəyə 1000 manat maddi köməklik edildiyini eşidən vətəndaşlar onlara da dövlət tərəfindən kompensasiya və Qızıl Xaç Komitəsi tərəfindən yardım verilməsini tələb ediblər.

Sentyabrın 6-da Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Anar Əliyev, başçının birinci müavini Ramiz Şabanov və rayonun baş memarı Tofiq Kərimovla birlikdə Seydimli kəndində vətən müharibəsində ziyan dəymiş evlərə keçirilən baxışdan narazı qalan vətəndaşları qəbul edib".

İcra Hakimiyyətindən verilən açıqlamaya görə, vətəndaşlara müvafiq izahat verilsə də, onlar razı qalmayıb: "Vətəndaşlar arasında başçının işgüzar fəaliyyətinə kölgə salmağa çalışan bir qrup təxribatçı ünsürün apardığı təbliğat nəticəsində onlar razı qalmayıb, israrla dövlət tərəfindən onların da hər birinə kompensasiya verilməsini Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən ailələrinə 1000 manat yardım edilməsini tələb ediblər. Odur ki, sakinlərin tələbi əsassızdır".

Son xəbərlər

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Azərbaycan XİN Uruqvayı təbrik edib

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Bütün xəbərlər