{category-title}

 

Xəlil Göyüşov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

 

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “Körpü-Bina-Tikinti” MMC - nin rəhbəri Xəlil Göyüşov Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardandır.

Dünyanın qabaqcıl texnologiyalarının istehsalatda tətbiqi, xarici əlaqələrin düzgün qurulması, işə istedadlı mühəndis və fəhlə kadrlarının cəlb edilməsi nəticəsində “KBT” MMC böyük tikinti müəssisəsinə çevrilmişdir. Bugün “KBT” MMC Azərbaycanda xarici firmalarla müvəffəqiyyətlə rəqabət aparan və güclü bazaya malik olan nəhəng tikinti təşkilatıdır.

Müəssisənin müasir standartlara cavab verən beton zavodları, qum, çınqıl istehsal edən karxanaları bu işlərin keyfiyyətli həyata keçirilməsi üçün işləməkdədir. Texnika və avadanlıqların təmirini yerinə yetirmək üçün sexlərimizdə peşəkar ustalarımız çalışmaqdadır.

“Körpü-Bina-Tikinti” MMC - nin rəhbəri Xəlil Göyüşovun təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə ən böyük layihəyə malik nəhəng işlər həyata keçirilə bilib.

Xəlil Göyüşov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.

Şərəfli vəzifəyə yiyələnən Xəlil Göyüşov bu işin müqəddəsliyini qoruyub saxlayır. Xəlil Göyüşov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Xəlil Göyüşov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

“Körpü-Bina-Tikinti” MMC - nin rəhbəri Xəlil Göyüşovun adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Bəli, dogurdan da cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir. Xəlil Göyüşov millətimizin yətişdirdiyi bir ziyalıdır. Xəlil müəllim sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. O, əsl Vətən daşıdır. Onun qəlbi böyükdür. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır. Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib. Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü? Xəlil Göyüşov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! O, yüksək biliyi və təhsili, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir! O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandı! Prezident İlham Əliyevdən nümunə götürən

Xəlil Göyüşovun böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədir! O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. “Körpü-Bina-Tikinti” MMC - nin rəhbəri Xəlil Göyüşov, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Xəlil müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Xəlil Göyüşovu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir. Bəli, bu gün o, olduqca strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir, yorulmadan çalışır, zəhmət çəkir və o, böyük Allah-Təalanın bəxş etdiyi ömür yollarında silinməz izlər də buraxır. Bir anlığa diqqət yetirək ki, indiyə kimi . “Körpü-Bina-Tikinti” MMC - yə aid sahələrdə nə kimi yeniliklər əldə olunub, bu gün də hansı yeniliklər əldə olunmaqdadır. Hər kəsə bəllidir ki Xəlil Göyüşov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.

Ölkənin tikinti sektorunda böyük paya sahib olan şirkətlərdən “Körpü-Bina-Tikinti” MMC -nin uğurlu işlərindən bir çoxlarının xəbəri var. MMC-də düzgün gedən işlərlə bağlı bu günə qədər mətbuat səhifələrində xeyli sayda məlumat gedib. Saytımızda şirkətin fəaliyyətindəki fəal işlər haqqında materiallar dərc olunub. Qısaca bildirək ki, şirkətin rəhbəri Xəlil Göyüşov bu yolda düzgün işlər həyata keçirərək dəfələrlə Prezidentin güvəninin qazanmışdır.

Bu şəxs uzun müddətdir ki, Respublikamızda gedən tikinti işlərində uğurla addımlayır . «Bu gün tikinti işləri ilə əlaqədar “Körpü-Bina-Tikinti” MMC əsas yer tutur. Xəlil Göyüşovun rəhbərlik etdiyi şirkəti müxtəlif böyük layihələrdə iştirak edir. Və bununla bağlı görülən işlərdə“Körpü-Bina-Tikinti” MMC həmişə laiqli işlər görərək qalib gəlir. Fəaliyyətdə olduğu sektorlar Azərbaycanda sənaye obyektlərinin, yaşayış binalarının, körpülərin, tunellərin, yeraltı piyada keçidlərinin, neft kəmərlərinin, su kanallarının, yanacaqdoldurma stansiyalarının (YDS), istilik elektrik stansiyalarının (İES) tikintisi, dəmir yolarının çəkilməsi, torpaq işləri, bünövrələrin qoyulması, svay işlərini və s. həyata keçirməkdədir.

Azərbaycan bazarında çoxillik təcrübəsini tətbiq etməklə və mülkü və sənaye obyektlərin tikintisi sahəsində aparıcı şirkətlərdən biri olaraq, ““Körpü-Bina-Tikinti” MMC şirkəti işlərin yerinə yetirilməsində istehlakçıların ən yüksək tələblərinə cavab verən daimi keyfiyyətə zəmanət verir və aşağıdakı tapşırıqları yerinə yetirməklə, keyfiyyət sahəsində siyasət aparmağı öz öhdəsinə götürür:

Şirkət rəhbəri Xəlil Göyüşovun yüksək təşkilatçılığı ilə resbublikamızın bir çox yerlərində tikinti-quruculuq işləri ən yüksək səviyyədə görülür. Bütün bu lahiyələrin düzgün şəkildə icra olunması ilə “Körpü-Bina-Tikinti” MMC Prezidentimizin və vətəndaşlarımızında rəğbətini qazanıb. Biz də AzadMedia.az müstəqil xəbər portalı olaraq “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşova və dəyərli kollektivinə uğurlar arzu edir, gələcək işlərində də müvəffəqiyyət arzu edirik !

Son xəbərlər

Putin Slovakiyanın Baş naziri ilə qaz problemi və Ukrayna məsələsini müzakirə edib

İlham Əliyev bu idmançıları təltif etdi - SİYAHI

Tibb müəssisələrində yoxlama: 131 nəfər məsuliyyətə cəlb olunub

QMİ sədri: Bəzi din xadimləri vahid geyim formasına əməl etmir

Salamını almadı, əli hava qaldı - FOTO

Məşhur bağçanın müdiri 428 minlik dələduzluqda təqsirli bilinir

Dünya bazarlarında neft bahalaşıb

Tramp: Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir

Bakıda tıxac olan yollar açıqlanıb – SİYAHI

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb

Yol polisi sürücülərə çağırış etdi

Azərbaycanda aktyor vəfat edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

Makronun sözləri müxalifəti qəzəbləndirdi

Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib

Din Tao: Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır

Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI

Bütün xəbərlər