{category-title}

Şərəfli həyat yolu, layiqli iş - Bayram Səfərov - ÖZƏL

 

 

Hər kəsə bəllidir ki, mərhum prezidentimiz, xalqımızın ulu öndəri Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasında əsasını müəyyən etdiyi sosial-iqtisadi islahatlar, bu gün cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Atılan addımların nəticəsidir ki, hal-hazırda ölkəmizin bütün sahələrində sürətli sosial-iqtisadi inkişafa və digər uğurlara nail olunmuşdur. Yəni, ötən illər ərzində Azərbaycan özünün beynəlxalq mövqelərini daha da möhkəmləndirmiş, böyük iqtisadi inkişafa imza atmışdır. Fakt budur ki, ölkəmizin bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində, digər yaşayış məntəqələrində sürətli inkişaf prosesi və s. bu gün də özünü göstərməkdədir

Bayram Səfərov öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edən, daim dövlətçiliyə xidmət edən, ölkə Prezidenti İlham Əliyevin siyasətinə sadiq olan və dövlət başçısının etimadını qazanan, sadə insanların yanında olmağı bacaran nümunəvi rəhbər olub.

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Şuşa rayonu İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardandır.

Bəli, dogurdan da cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir. Bayram Səfərov millətimizin yətişdirdiyi bir ziyalıdır. Bayram müəllim sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. O, əsl Vətən daşıdır. Onun qəlbi böyükdür. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Bayram Səfərov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

O, yüksək biliyi və təhsili, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Bayram Səfərovun böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədir!

O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Bəli, Şuşa rayonu İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov istər rəhbəri oldugu kollektiv, istərsə də ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.

Şuşa rayonu İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov bütün bölgədə belə xarakterizə olunur

… Yeganə İcra Başçısıdık ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

… Yeganə İcra Başçısıdıki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “cənab rəis” yox daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

Bizdə bu çətin və şərəfli işində Bayram müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

Son xəbərlər

İsti hava şəraiti həftə sonunadək davam edəcək

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana dabaq xəstəliyindən azad status veriləcək

Palata ən çox rast gəlinən pozuntuları açıqladı - SİYAHI

Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib

İsrail XİN başçısı: Fələstin əslində HAMAS dövlətidir

Lerikdə iki yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM

Son bir ayda sürücülərin sükan arxasında yuxulaması nəticəsində 21 avtoqəza qeydə alınıb

Azərbaycan İordaniya ilə şəhərsalma sahəsində tərəfdaşlığı müzakirə edib

Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Həsən Məmmədovun oğlu VƏFAT ETDİ

Çempionlar Liqası: II təsnifat mərhələsində 5 oyun keçiriləcək

Ərdoğan: Yaxın tarixdə sülh masası yenə Türkiyədə qurulacaq, Rusiya-Ukrayna müharibəsinə son qoyulacaq

MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb

Şəkidə beynəlxalq təşkilatın qida festivalı təşkil ediləcək

Fələstinin tanınması oyunu – 78 ildir açılmayan düyün - ŞƏRH

“Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası” dəyişib

Xankəndidə ehtiyatsızlıqdan yanğın törədən şəxs həbs edilib

Sabahın hava proqnozu açıqlanıb

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Rusiyada azərbaycanlı bloqer axtarışa verildi

Kəbirə xanım Məmmədova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İxtisas seçimində kimlər iştirak edə BİLMƏYƏCƏK...

Qəbələdə itkin düşən şəxs tapılıb

Bütün xəbərlər