{category-title}

Paşinyanın Moskva qaçışı - NƏ BAŞ VERİR?

 



Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın növbədənkənar parlament seçkilərində qələbəsindən sonra Rusiyaya səfər etməsi gündəmin əsas mövzularındandır. Bu səfər və onun məqsədləri, nəticələri ətrafında ən müxtəlif fikirlər səslənir.

Məlumdur ki, II Qarabağ savaşında Azərbaycanın qələbəsini rəsmiləşdirən 10 noyabr və 11 yanvar üçtərəfli anlaşmalarının öhdəliklərinə əməl etməyən Ermənistandır. Hər halda Rusiya prezidenti Vladimir Putin imzası olan iki sənədin kağız parçası kimi qalmasına sona kimi dözümlü yanaşmayacaq. Paşinyanın son Moskva səfərinin də bununla bağlı olduğu deyilir.

Bəs Paşinyan öhdəlikləri icra etməyə başlasa, onun rəqibləri Ermənistanda ortalığı qarışdıra bilərmi? Buna gücləri yetərmi?

Azərbaycan neçə aydır böyük səbirlə Ermənistanın öhdəlikləri icra etməsini gözləyib. Bu baxımdan ekspertlərin Putin-Paşinyan görüşündə hansı məsələlərin müzakirə olunduğu yönündə ən müxtəlif proqnozlarına rast gəlirik.

YAP-çı deputat Hikmət Babaoğlu bu səfərdən sonra ermənilərin xəyal qırıqlığına uğradıqlarını söylədi: “Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Rusiyaya səfəri erməni ictimaiyyətinin gözləntilərini qarşılamadı. Çünki səfərdən öncə erməni siyasi mətbəxindən sızan məsələlər ondan ibarət idi ki, hər şeydən öncə Azərbaycanla sərhəd boyu rus sərhədçilərinin yerləşdirilməsi məsələsi müzakirə olunacaq. Hətta bəzi mətbu orqanlar bir qədər də irəli gedərək iddia edirdilər ki, bununla bağlı bu görüşdə mühüm sənəd qəbul olunacaq. Amma bu baş vermədi. Eyni zamanda, ümid edirdilər ki, təhlükəsizliklə bağlı Rusiyanın fəaliyyətində özlərinin lehinə nəsə təmin edə bilərlər. Bu da baş tutmadı. Rusiya prezidenti ilə görüşdə məlum oldu ki, əsas müzakirə edilən regionda kommunikasiyaların açılması, Ermənistanla iqtisadi əlaqələrin gücləndirilməsi, Ermənistanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalının asanlaşdırılması və bunun üçün Rusiyanın nəzarətində olan iqtisadi, logistik mərkəzlərinin fəaliyyətinin səmərəli olması kimi məsələlər olub. Hazırda Azərbaycan-Rusiya münasibətlərində əsas vacib olan məsələlərdən biri 10 noyabrda əldə olunan üçtərəfli anlaşmadan irəli gələn məsələlərin yerinə yetirilməsi, eyni zamanda, bu il 11 yanvarda üçtərəfli anlaşmada yenilənən məsələlərin icrasıdır. Bu istiqamətdə mühüm addımlar atılır və atılmaqdadır. Əgər biz desək ki, üçtərəfli anlaşma yerinə yetirilmir, bu doğru olmaz. Amma tam yerinə yetirildiyini də iddia etmək doğru olmazdı. Çünki hər şeydən öncə Azərbaycanın gözləntiləri ondan ibarətdir ki, bu günə qədər ərazimizdə, yəni Qarabağda yaşayan erməni icmasının içərisində olan terroristlər, diversantlar, Ermənistandan gələn diversant qruplar hələ də oradadır. Digər tərəfdən anlaşmada azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması məsələsi var ki, bu da çox mühümdür. Erməni tərəfdən anlaşmaya adekvat olmayan mövqeyin sərgilənməsi Azərbaycanın diqqət mərkəzindədir. 10 noyabr anlaşması ətrafında çox mühüm işlər görülür. Amma bu işlər çox qısa müddətdə başa çatmalıdır. Düşünürəm ki, Rusiya tərəfi də burada maraqlıdır. Bundan sonra Azərbaycan-Rusiya münasibətlərinin artan xətlə inkişaf edəcəyini düşünmək olar”.

Siyasi şərhçi Əhəd Məmmədli Paşinyanın Moskva gedişini bir neçə səbəblə əlaqələndirir: “Paşinyan seçiləndən sonra ilk səfərini Moskvaya etməklə rusları rahat etmək istəyir ki, Ermənistanın ilk prioriteti Moskvadır. Həmçinin Nikolun Putinin yanına qaçması ehtiyatdan irəli gəlir. Ermənilərin son provokasiyalarından sonra Bakının cavab verməsini əngəlləmək üçün Paşinyan Putinə xahişə gedib. Azərbaycan bu dəfə 27 il səbir edən deyil. Bunu Ermənistan da, Rusiya da yaxşı bilir. Ona görə də Paşinyan Putindən xahiş edir ki, Bakını sakitləşdirsin. Bakı hələ qəzəblənməyib, qəzəblənsə İrəvan da anlamalıdır ki, Moskva belə bunun qarşısını ala bilməyəcək. Görünür, İrəvan hələ lazımi dərs götürməyib. Ona görə də, Bakı Moskvaya son dəfə net şəkildə bildirməlidir ki, ya itini ayağına bağlasın, ya da Bakı o iti necə qovmaq lazımdırsa yaxşı bilir. Keçmiş Dağlıq Qarabağda antiterror əməliyyatı başlayan halda çox qısa zamanda bitəcək və Azərbaycan tam şəkildə ərazi bütövlüyünü təmin edəcək. Belə olan halda da Ermənistanda heç də ara qarışmayacaq. Çünki ermənilərin əksəriyyəti beyinlərində artıq Qarabağdan imtina ediblər. Son seçkilərdə Paşinyana səs vermələri də məhz bundan irəli gəlir”.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Paşinyanın seçkilərdəki qələbəsi ilə Putindən təbrikini aldığını söylədi: “10 noyabr və 11 yanvar üçtərəfli anlaşmalarının qarantiyası Putindir. İmza atılıb və imzaya hörmət etmək məcburiyyətindədir. Hesab edirəm ki, həm də bu, Kreml sahibinin regional maraqlarına cavab verir. Fikir verin, 3+3 formatında kəskin münasibətlərdə olduqları Gürcüstanın iştirakına belə Rusiya tərəfindən kəskin münasibət bildirilmədi. Paşinyanın Moskva səfərində sərhəd məsələləri müzakirə olundu. Peskovun açıqlamalarını gördük. Dedi ki, öhdəliklərin yerinə yetirilməsinin başqa bir alternativi yoxdur, bu, Rusiyanın dövlət siyasətidir. Gecikmələrə görə, şübhəsiz ki, narahat oluruq. Amma bu, gecikmələrin bəzi səbəbləri var. Ermənistan KTMT-ni bölgəyə cəlb etmək istəyir, yəni sərhəd məsələsində. Amma Azərbaycanla üz-üzə qalmamaq üçün törədilən təxribatlar da var. ”Ermənistanda Paşinyanın rəqibləri aranı qarışdıra bilərlərmi" sualına gəlincə deyim ki, Paşinyana stavka edildi. Putindən təbrikini də aldı. Elə o da Putinin kadrlarından biri sayılır".
“Yeni Müsavat”

Son xəbərlər

Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır

Bu gün Beynəlxalq Novruz günüdür

Azərbaycanda universitet 345 işçi axtarır - Vakansiya SİYAHISI

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Azərbaycanda Novruz bayramı qeyd edilir

Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb

Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib

Elşad Abdullayev: Xalqımızın ən sevimli bayramı - Novruz

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib

Bayram günlərinin hava proqnozu açıqlanıb

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

Azərbaycanda sabahdan 11 günlük tətil başlayır

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər - YENİLƏNİB

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Yanvarda nikah və boşanmaların sayı azalıb

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub

Audiovizual Şura: Telekanal aparıcılarının istifadə etdiyi xarici sözlərin sayı azalıb

Bütün xəbərlər