{category-title}

 
 
Pressxeber.info-nun əməkdaşı bu günlərdə Mingecevir Turizm kollecində olmuş, burada yeni nəslin milli və mənəvi ruhda böyüməsi üçün təhsil müəssisəsində yaradılan şəraitlə yaxından tanış olmuşdur. Qeyd edək ki, gənclərimizin hərtərəfli böyüməsində təhsil ocaqlarının payı az deyil. Daima öz yenilikləri və peşəkar kadrların hazırlığı istiqamətində uğurlu fəaliyyəti ilə seçilən bu təhsil müəssisəsi də məhz belələrindəndir. Biz kollecin direktoru, iqtisad elmləri doktoru,  Eyyub Eyyubovla həmsöhbət olduq. Eyyub müəllim bildirdi ki, burada tələbələrin milli və mənəvi cəhətdən hərtərəfli böyümələri üçün bütün şərait yaradılır. Kollecdə olan bütün ixtisaslar üzrə kadr hazırlığı günün tələbləri səviyyəsində həyata keçirilir.

Eyyub müəllim, “Son dövrlər yeni nəsildə xüsusi ilə tələbələrdə mütaliəyə maraq çox azdır. Bu həvəssizliyin yaranmasına səbəb nədir?” sualımıza belə cavab verdi:
“Mütaliəyə marağın azlığının müxtəlif səbəbləri vardır. Birincisi informasiya texnologiyalarından daha çox istifadə, ikincisi mobil telefonlara hədindən artıq meyllilik, internetdən asan vasitə kimi istifadə etmək və s. Yaxşı olar ki, tələbələr, gənclər milli və mənəvi cəhətdən formalaşmaq üçün çoxlu kitablar oxusunlar. İnternet heç zaman kitabdan artıq ola bilməz. İnternet də lazımdı amma...Gənclərimiz çalışsınlar bizə yad olan yabanı məsələlərdən uzaq olsunlar. Kitab oxusunlar, nitqlərini inkişaf etdirsinlər, dahi söz sərraflarının müsbət qəhrəmanlarını özlərinə örnək seçsinlər”.
Sonra Eyyub müəllim kollecin yaranma tarixindən və cəmiyyətimizə verdiyi töhvələrdən bəhs etdi. O bildirdi ki, Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.2006-cı il tarixli 45 nömrəli qərarı əsasında yaradılmışdır. Kollecin təsisçisi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyidir. Kollec 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə akkreditə olunmuşdur.

Mingəçevir Turizm kollecinin qarşısında duran başlıca vəzifə iqtisadiyyatımızın inkişafı üçün ən perspektivli sahə olan turizm sənayesi üçün hərtərəfli bacarıqlı mütəxəssislərin hazırlanmasıdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində kollec qısa müddətdə xeyli uğurlar qazana bilmişdir. Artıq kollecin məzunları ölkə turizminin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Kollecin fəaliyyətində ən uğurlu nailiyyətlər sırasında yüksək tədris intizamına nail olunmasını və beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurları göstərmək olar.

Mingəçevir Turizm Kolleci Şotlandiyanın Stevenson, Rusiyanın Moskva Biznes və İqtisadiyyat, Moskva Humanitar, Rumıniyanın Andrei Barseanu, Qazaxıstanın “Almatı Dövlət Texnologiya və Menecment Kollecləri ilə əməkdaşlıq edir. 2012-ci ildən isə Avropa Komissiyasının TEMPUS proqramı çərçivəsində Almaniyanın Yade Universiteti ilə  2013 - cü ildən isə Fransanın Qrenobl Akademiyası ilə əməkdaşlığa başlamışdır. Belə əməkdaşlıqlar nəticəsində qazanılan təcrübə tədrisin müasir formalarının və yeniliklərin tətbiqinə imkan yaradır.
 
Sonda Eyyub müəllim, tələbələrə tövsiyyə də etdi: “internetdən səmərəli istifadə edin və daha çox əsərlər oxuyun. Oxuyun ki, kamil və aqil insanlar olasınız. Mütailə edin ki, savadınızla başqalarına örnək olasınız. Unutmayın milli və mənəvi tərbiyəyə aparan yol kitabdan keçir. Çalışın rəfiniz kitabla dolu olsun!”

Son xəbərlər

Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub

İranda Təbriz Günü qeyd edilib

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

Tailandda məktəbdə atışmada ölənlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

FHN: Küləkli havada dənizə girmək təhlükəlidir

Bütün xəbərlər