{category-title}
Gündəm / Cəmiyyət
7.07.2021, 12:41
Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin köçürüləcəyi tarix AÇIQLANDI
“Hazırda Füzuli hava limanının tikintisi davam edir. Hava limanının bu il sentyabrın 5-də açılacağı gözlənilir”.
Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılış mərasimində deyib.
Onun sözlərinə görə, Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin növbəti ilin yanvar ayında köçürüləcəyi gözlənilir.