{category-title}

 

Makrona Brüsseldə tutarlı CAVAB: - "NATO üçün Qarabağ məsələsi bitib"

 


"Makronun siyasi məsuliyyətdən uzaq bəyanatları Fransanın Cənubi Qafqazdakı imicinə böyük zərbə vurub".
"Sherg.az" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, Makron özü də Cənubi Qafqazdakı siyasi proseslərə təsir imkanlarının sıfra bərabər olduğunu çox yaxşı bilir:

"Fransa Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, regiondakı siyasi proseslərdə heç bir siyasi ağırlığa malik deyil. Bunun da əsas səbəbi elə Makronun özü və qeyri-adekvat fəaliyyətidir. Makronun Paşinyana göndərdiyi məktubdakı fikirlərinin heç bir siyasi məntiqi yoxdur. Ermənistanın ərazi bütövlüyü pozulmayıb ki, Makron Paşinyana təbrik məktubunda belə bir absurd fikirlər irəli sürsün. Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub və bildiyimiz kimi Ermənistanı Qarabağla Şərqi Zəngəzur torpaqları ayırıb. Ona görə yaxşı olar ki, Makron bir daha xəritəyə baxsın və başa düşsün ki, keçmiş Qarabağın Ermənistanla heç sərhədi belə yoxdur”.

Analitik NATO Zirvə görüşünün yekun sənədində də Qarabağ məsələsinin problemlər siyahısından çıxarıldığını vurğulayıb:

“Prezident Makrona ən yaxşı cavabı bir neçə gün öncə Brüsseldə baş tutan Zirvə görüşündə verdilər. Burada Britaniya, ABŞ və Türkiyə üçbucağı yarandı. Bundan sonra NATO-nun Yaxın Şərq və Afrikada düşünən beyni və vuran gücü funksiyasını Fransa deyil, Türkiyə yerinə yetirəcəkdir. Eyni zamanda Zirvə görüşünün yekun bəyanatında da Qarabağ məsələsinə toxunulmadı. Bu isə özlüyündə müxtəlif problemli regionları və məsələləri adətən yekun sənədə daxil edən NATO-nun artıq keçmiş Dağlıq Qarabağ münaqişəsinin və “status” məsələsinin bitdiyini qəbul etdiyini göstərir. Bundan sonra tərəflər də “status” məsələsini müzakirə etməyəcək. Müzakirələr yalnız və yalnız sülh müqaviləsinin imzalanması, sərhədlərin dəqiqləşdirilməsi və 10 noyabr bəyanatının reallaşdırılması barəsində aparılacaq”.

Son xəbərlər

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Şəmkirdə 11 nəfər salatdan zəhərləndi

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

Bütün xəbərlər