{category-title}

 

Ermənilərin hay-həşiri, Makronun həyəcanı, Bakının bəyanatı - NƏ ETMƏLİ?

 


Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik əsas müzakirə mövzusudur. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi İrəvana ünvanlanan tövsiyyə xarakterli bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan ilə Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır.

“Belə ki, müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir. Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır”, – deyə bəyanatda qeyd edilir.

Xarici işlər naziri Ceyhun Bayramov dünən gecə İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde və rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb. ABŞ Dövlət Departamenti isə Azərbaycan və Ermənistana çağırış edərək hər iki tərəfi təmkinli olmağa səsləyib. Dövlət Departamentinin sözçüsü Ned Praysın adından yayılan açıqlamada ABŞ-ın prosesləri dərindən izlədiyi qeyd olunub.

Bu arada Fransa Prezidenti Emmanuel Makron rəsmi “Facebook” səhifəsində erməni dilində belə bir paylaşım edib: “Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm ki, Fransa sizinlə həmrəydir və belə də qalacaq”.

Makronun bu statusu sosial şəbəkədə kəskin etirazla qarşılanıb, minlərlə azərbaycanlı ona etiraz edib.

Politoloq İlyas Hüseynov AYNA-ya şərhində deyib ki, Ermənistanda ciddi şəkildə panika və isteriya müşahidə olunur: “Ermənistan tərəfi bütün mümkün imkanlardan istifadə edərək haqlı olduğunu və Azərbaycanın Ermənistan ərazisinə daxil olması ilə bağlı bütün dünyaya car çəkir. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə davamlı olaraq bu məsələni müzakirə edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında da mütəmadi danışıqlar aparılır. Burada əsas məqam iyun ayında Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır. Ermənistanın rəsmi dairələri seçkiöncəsi vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışır”.

“Ermənistan tərəfi həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət ünvanlayıb və iddia edir ki, guya Ermənistanın suverenliyi və ərazi bütövlüyü təhdid altındadır. Əslində isə Qaragöl ətrafında yaranmış vəziyyət Azərbaycan sərhədçilərinin burada düzgün möve tutduqlarını deməyə əsas verir. Çünki hər iki ölkə müstəqillik əldə etdikdən sonra dövlət sərhədi məfhumu olmayıb. Üçtrəfli 10 noyabr bəyanatından sonra Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılıb. Eyni zamanda Zəngilan və Qubadlı rayonlarında da yeni sərhəd gerçəkliyi formalaşıb. Ermənistan tərəfi bu reallıqları qəbul etməli və barışmalıdır. Bundan sonra Azərbaycan sərhədləri sözügedən ərazilərdən keçəcək. Azərbaycan sərhədçiləri bu ərazilərdə sərhədlərimizi qoruyacaq. Ermənistan bu reallığı nə qədər tez qəbul etsə, bölgədə sülhün və əmin-amanlığın qorunması bir o qədər tez mümkün olacaq”, – deyə həmsöhbətimiz bildirib.

Hüseynovun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanın Ermənistanın ərazilərini “işğal etməsi” ilə bağlı son açıqlaması ikitərəfli münasibətlərə ciddi şəkildə xələl gətirir: “Reallıqdan kənar siyasi bəyanatın verilməsi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Fransanın mandatı məsələsini də gündəmə gətirir. Onsuz da Minsk Qrupunun fəaliyyətindən Azərbaycan narazı idi və belə bir məqamda Fransanın konkret tərəf olduğunu açıq şəkildə bəyan etməsi yeni situasiya yaradır. 44 günlük Vətən müharibəsi zamanı da Fransa ermənipərəst mövqe ortaya qoyurdu. Makronun açıqlaması Azərbaycanla yanaşı, həm də Türkiyəyə ünvanlanmış mesajdır. Çünki həm Şərqi Aralıq dənizində, həm Yaxın Şərqdə, həm də Şimali Afrikada Türkiyənin ədalətli mövqeyi, sülhü qorumağa yönəlik addımları və milli strateji maraqları Fransanı narahat edir. Bu xüsusda ziddiyyətlər, ixtilaflar, konfrantasiyalar meydana gəlir”.

“Türkiyənin Cənubi Qafqazda marağının olması, Azərbaycanla qardaşlıq münasibətləri də Fransanı dərindən narahat edir. Makronun cari açıqlaması bu siyasi xəttin davamıdır. Düşünürəm ki, istənilən halda tərəflər arasında yaranmış gərginliyin diplomatik yollarla və sülh şəraitində həlli mühüm əhəmiyyət kəsb edir. Yeni reallıqlar formalaşıb və həm Ermənistan, həm də onu himayə edən dövlətlər bunun nəzərə almalıdırlar”, - deyə analitik vurğulayıb.

Onun fikrincə, sərhəd zolağının müəyyənləşdirilməsi müəyyən zaman alacaq: “Baxmayaraq ki, Gorus-Qafan yolunun 21 km-lik ərazisinə Azərbaycan tərəfi nəzarət edir, lakin humanistlik nümayiş etdirərək gediş-gəlişə hər hansı maneçilik yaratmır. Ermənistanla münasibətlərin normallaşması istiqamətində ciddi addımlar atır. Rəsmi Bakı Rusiya ərazisində təmir-bərpa işləri ilə əlaqədar mavi yanacağın Azərbaycan vasitəsilə Ermənistana ötürülməsinə razılıq verib. Digər məqamlar da var ki, burada qeyd edilə bilər. Buna görə Ermənistan Azərbaycana minətdar olmalıdır”.

Politoloq əlavə edib ki, Azərbaycan qarşıdakı dövrdə öz hərbi potensialını artırmalı, sərhədlərimizin etibarlı şəkildə mühafizəsini təşkil etməli, hərbi qulluqçularımızın maddi-texniki təminatını daha da yüksəltməlidir: “Biz çox güclü olmalıyıq ki, istənilən təxribatların, diversiya qruplarının həmlələrinin və müxtəlif xoşagəlməz halların, sülhə və təhlükəsizliyə təhdid törədən maneələrin qarşısını uğurla ala bilək”.

Son xəbərlər

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB

FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib

"Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir

Milli Məclisin deputatı İranda səfərdədir

Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO

Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Bütün xəbərlər