{category-title}

 

 

Toy mərasimlərinə nəzarət necə həyata keçiriləcək? - RƏSMİ

 


Nazirlər Kabinetinin qərarına əsasən artıq 1 iyul tarixindən başlayaraq şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə veriləcək. İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə yoxlamalar həyata keçiriləcək. Yoxlamalara nəzarət isə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təşkil ediləcək.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əkbər Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, bu günə qədər agentlik tərəfindən ictimai iaşə obyektlərində gündəlik monitorinqlər aparılırdı və bu müəssisələrdə karantin rejimində əks-epidemik tədbirlərə riayət edilib-edilmədiyinin icra vəziyyəti yoxlanılırdı, öz növbəsində toy mərasimlərinin keçiriləcəyi obyektlərdə də monitorinqlər eyni qaydada olacaq.

“Qərardan da göründüyü kimi toy mərasimi keçirilən obyektlər bununla bağlı 5 gün öncədən müraciət edəcəklər. Müraciətlər əsasında müəssisələrin əks-epidemik tədbirlərə hansı şəkildə riayət etdiyi ilə bağlı monitorinqlər aparılacaq. 50 nəfərdən 150 nəfərə qədər olan tədbirlərdə çalışacaq olan personalın ən azı 80 faizi COVID-19 pasportuna malik olmalıdır. Şənlik mərasimində xidmət göstərən heyətin tibbi maskalardan, əlcəklərdən və digər qoruyucu vasitələrdən istifadəsi məcburi hesab edilir. Mərasim keçiriləcək obyektlərə agentlik əməkdaşları ezam olunarkən sadalanan əks-epidemik tələblər barədə monitorinqlər aparılacaq və lazım olduqda onlar məlumatlandırılacaq”.

Əsas tələblərdən birinin də sıxlıq normalarına riayət edilməsinin olduğunu deyən AQTA rəsmisi əlavə edib ki, 50 nəfərə qədər olan tədbirlər bundan əvvəl tətbiq olunan qaydalara əsasən həyata keçiriləcək:

“Burada sıxlıq normaları və digər əks-epidemik tədbirlər gözlənilməlidir. Müəyyən olunmuş qaydalara riayət olunmasında həm ictimai iaşə müəssisəsinin rəhbəri, həm də şənlik sahibi məsuliyyət daşıyırlar. Qoyulan tədbirlərə ciddi şəkildə riayət edilməlidir ki, gələcəkdə də digər açılışlara zəmin yaransın”.

Əkbər Əliyev qeyd edib ki, mərasim keçirilən zaman qonaqların sayına və sıxlıq normalarına əməl olunub-olunmaması kimi məsələlərə nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirəcək.

Onun sözlərinə görə, hallardan asılı olaraq qanun pozuntusuna yol verilən zaman vətəndaşlar inzibati tədbirlərlə üzləşəcəklər:

“Əgər kimsə qanun pozuntusu etməyə niyyətlidirsə nəzərə alsın ki, inzibati tədbirlər qaçınılmaz olacaq. Vətəndaşlar artıq mənə bu barədə suallar verirlər. Biz çağırış edirik ki, qoyulan tələbləri pozmasınlar. Əgər qonaq sayı 150 nəfərdirsə, bu hədd aşılmamalıdır. Artıq indidən adamlar oturub hesablayır ki, 250 nəfər çağırsam, məni hansı inzibati tədbirlər gözləyəcək”.

Mövcud tələblərlə bağlı qanun pozuntuları aşkar olunduğu təqdirdə tətbiq ediləcək cərimələr barədə də məlumat verən qurumun şöbə müdiri vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə vəzifəli şəxslər 4 000 manatdan 5 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 11 000 manata qədər cərimə olunacaqlar.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər