{category-title}

Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA

 

Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə “Dönər biznesi ilə məşğul olan obyektlərin sağlamlaşdırılması” layihəsinə start verib.
Bəs dönərin qiyməti necə tənzimlənəcək? Bu layihədən sonra mənşəyi bilinməyən dönərlərlə bağlı hansı addımlar atılacaq? 
Məlumdur ki, belə dönərlər bir manata satılır. Digər bir məqam isə ondan ibarətdir ki, iddiaya görə, yeni layihə ilə hazırlanacaq dönərlərin qiyməti iki manat olacaq. Sosial şəbəkə istifadəçiləri belə fikir irəli sürüblər ki, AQTA bununla bir manatlıq dönərin satışını əngəlləyəcək.

Məsələ barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, agentlik yarandığı gündən bu günədək təkcə qeyd edilən layihə çərçivəsində ictimai iaşə müəssisələri sayılan dönərxanalarla deyil, ümumilikdə tarladan süfrəyədək prinsipi əsasında qida zəncirinin bütün mərhələləri üzrə dövlət tənzimləməsini və dövlət nəzarətini həyata keçirir. Aparılan nəzarət və tənzimləmə tədbirləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür:
“Dönər biznesi ilə məşğul olan obyektlərin sağlamlaşdırılması” layihəsinin məqsədi nümunəvi ayaqüstü qidalanma biznes obyektlərinin müasir standartlara uyğun formaya gətirilməsinin təmin edilməsi, o cümlədən işçi personalın bilik və bacarıqlarının inkişaf etdirilməsi, qida təhlükəsizliyi nəzarət sisteminin qurulması istiqamətində təlimlərə cəlb edilməsi, sahibkarlara hüquqi, iqtisadi və mühasibatlıq dəstəyinin göstərilməsidir.
Layihə çərçivəsində dönər məhsullarının satış və qiymət siyasəti ilə bağlı məsələlərdə agentlik tərəfindən hər hansı bir müdaxilə həyata keçirilməyəcək. Bu sahibkarların müstəqil qərar verəcəyi məsələdir. Layihə icraçıları tərəfindən sahibkarlara biznesin təşkili və marketinq siyasəti ilə bağlı müvafiq təlimlər keçiriləcək”.

Son xəbərlər

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

Tramp İranla Hörmüz razılaşması üzrə danışıqların yaxşı getdiyini bildirib

Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

Bütün xəbərlər