{category-title}

Karantin rejimi ilə bağlı yoxlamalar başladı - RƏSMİ

 

Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda, xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən  müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaydığı məlumatda bildirilib.

Qeyd edib ki, xüsusilə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.

Agentlik əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir.

Belə ki, AQTA əməkdaşları tərəfindən 12-13 oktyabr 2020-ci il tarixində Bakı və Sumqayıt şəhərləri, eləcə də, Abşeron rayonu üzrə 337 ictimai iaşə obyektində 500 monitorinq keçirilib.

Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən 34 ictimai iaşə müəssisəsində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.

“Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Nazirlər Kabinetinin 6 iyul 2020-ci il tarixli 237 saylı Qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.

Unutmaq olmaz ki, koronavirusla effektiv mübarizə tədbirləri nəticəsində əldə olunmuş müsbət tendensiyanın davam etdirilməsi üçün bu qəbildən olan tədbirlərin daim diqqət mərkəzində saxlanması və mütəmadi qaydada qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vacib şərtlərdəndir.

Son xəbərlər

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb

I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır

Azərbaycan XİN İslandiyanı təbrik edib

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub

ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib

Bakının iki rayonunda işıq olmayacaq

Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik

Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib

Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

Bütün xəbərlər