{category-title}

 

“YAŞAT” videoyayım formatında marafon keçirəcək

 


Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu təşkil ediləcək.

Marafonun məqsədi qazilərimizə və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır.

Marafonda bütün dünya azərbaycanlıları “Gəlin Yaşadaq” şüarı altında birləşərək, Qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək  olacaq, onların xoş xatirələrini yada salacaqlar.
Videoyayım formatında təşkil ediləcək Marafon Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş ediləcək.

Marafon müddətində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz çıxış edəcəklər.

Eyni zamanda, “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər barədə hesabat təqdim olunacaq.

Artıq PR məqsədilə “Yaşat Marafonu”nun keçiriləcəyi ilə bağlı mətbuat konfransı təşkil edilib. Marafonla bağlı PR materiallar mediada (TV, radio, saytlar), sosial şəbəkələrdə (“Facebook”, “Instagram”, “Twitter”, “Telegram”, “Linkedin”, “YouTube”), “ASAN xidmət” mərkəzlərində və şəhərdəki monitorlarda nümayiş olunacaq.  

Leyla Quliyeva və Tural Əsədovun aparıcılığı ilə keçiriləcək marafonun yayım vaxtı 25 may saat 21:00-23:00 arasında olacaq.

Son xəbərlər

“Qarabağda Yenidən Dirçəlişin Simvolu: Leysan Məmmədovun Fədakar Rəhbərliyi”

“Təbii Nəktar və Fədakarlığın Simvolu: Mirhümbət Səmədovun Arıçılıq Sahəsindəki Əməyi”

Fərhad Həsənov: Milli Konstitusiya - müstəqil Azərbaycanın demokratik inkişafının hüquqi əsası

Təyyarə siqnal vermədən radarlardan itib

ABŞ-də görüşdülər

Azərbaycan - İslandiya oyununun hakimləri açıqlandı

Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR

Simonyanın bu sözləri Rusiyanı qəzəbləndirdi

Babək Quliyev UEFA-dan növbəti təyinat alıb

Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə abidə ucaldılacaq

London COP29-da iqlim dəyişikliyi ilə mübarizədə töhfəyə görə Bakıya təşəkkür edib

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb

Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib

Karapetyan “Ermənistan Elektrik Şəbəkələri”ni idarə etməkdən məhrum edilə bilər

İslam Oyunları: Azərbaycan millisi yarımfinalda məğlub olub

Tusk: Ukraynanın müharibəni uduzması üçün obyektiv səbəb yoxdur

Sabah 24 dərəcə isti olacaq - PROQNOZ

Yol polisi bayram günləri ilə əlaqədar sürücülərə müraciət edib

Ermənistanın kapitulyasiya aktına imza atmasından 5 il ötür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi

Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Bütün xəbərlər