{category-title}

Pxenyan beynəlxalq marafonunda 900-dən çox əcnəbi yarışıb

 

“Manqyonde” mükafatı uğrunda bu il 30-cu dəfə keçirilən Pxenyan beynəlxalq marafonunda yerli, habelə Çin, Böyük Britaniya, Portuqaliya, Avstriya, Efiopiya, Çexiya, Mərakeş, Keniya da daxil olmaqla 40 ölkədən ümumilikdə 1800-dən çox peşəkar və həvəskar atlet iştirak edib.

AZƏRTAC Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir ki, aprelin 7-də yarışın açılış mərasimi Koreya Xalq Demokratik Respublikasının (KXDR) qurucusu Kim İr Senin adını daşıyan stadionda keçirilib. Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (İAAF) tanıdığı yarışda marafon və yarım marafon üzrə mübarizə aparanlar Kim İr Sen stadionundan start götürərək Pxenyan küçələri boyunca qaçıblar. KXDR idmançıları Li Kan Bom (kişi) və Li Kvan Ok (qadın) yarışın qalibləri olublar. Kişilərin mübarizəsində efiopiyalı marafonçu ikinci olub. Digər mükafatları yerli marafonçular qazanıblar.

Yarım marafon yarışında kişilərin mübarizəsində Rusiya, qadınlarda isə İsveçrədən olan marafonçu idmançılar qalib olublar. Bundan başqa 10 və 5 kilometr məsafələrə qaçış üzrə də yarışlar keçirilib.

Marafon və yarım marafonun qaliblərinə 10 min, ikinci yeri tutanlara 7 min, üçüncü olanlara isə 4 min ABŞ dolları mükafat verilib.

Qeyd edək ki, 1981-ci ildən keçirilən marafonda əcnəbilər KXDR tərəfinin müəyyən etdiyi turizm şirkətləri vasitəsilə iştirak edə bilirlər. Bu yarış həm də xaricilərin yerli insanlarla ünsiyyəti baxımından diqqət çəkir. Təşkilat komitəsinin məlumatına əsasən, builki yarış iştirakçıların sayı baxımından ən böyük marafon olub. Marafonda xaricilərin yarışmasına 2014-cü ildən başlanılıb.

Son xəbərlər

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

"Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Kəlbəcərə dolu düşüb

Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Bütün xəbərlər