{category-title}

 

İlham Əliyev Belarusun müdafiə nazirini qəbul etdi - YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Belarus Respublikasının müdafiə naziri Viktor Xrenini qəbul edib.

Belarusun müdafiə nazirini salamlayan Prezident İlham Əliyev deyib:

“Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz uğurlu olacaq. Hərbi sahədə əməkdaşlığımızla bağlı məsələləri həmkarınızla ətraflı müzakirə edəcəksiniz. Bizdə bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Prezident Aleksandr Qriqoryeviç Lukaşenkonun Azərbaycana bu yaxınlardakı səfəri bunu bir daha təsdiq etdi. Biz onunla çox ətraflı söhbət etdik, ikitərəfli münasibətlərin geniş gündəliyinə dair danışıqlar apardıq, o cümlədən ölkələrimiz arasında artıq qədim tarixə malik olan hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu istiqamətdə, həmçinin bütün başqa istiqamətlərdə əməkdaşlığı davam etdirmək əzmindəyik. Ona görə ki, bu gün Belarus və Azərbaycan qarşılıqlı fəaliyyətin, əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir.

Mən Belarus şirkətlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştiraka dəvət etmişəm. Bir qədər sonra mən sizə həmin ərazilərdən çəkilmiş fotoşəkilləri göstərərəm. Onlar 30 ilə yaxın işğala məruz qalmış torpağımızda törədilmiş vandalizmin və dağıntıların səviyyəsini əyani şəkildə göstərir. Mənim bildiyimə görə, artıq bu məsələlərdə iştirak etməyə maraq var. Yaxın vaxtlarda Prezidentin səfəri zamanı əldə edilmiş razılaşmalar çərçivəsində Azərbaycanın kənd təsərrüfatı nazirinin rəhbərliyi ilə nümayəndə heyəti Belarusa səfər edəcək. Lakin, bütün başqa istiqamətlər üzrə də bundan sonra fəal əməkdaşlıq edəcəyik və bir-birimizi dəstəkləyəcəyik.

Dediyim kimi, ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq qədim tarixə malikdir və çox yaxşı nəticələr verir. Buna görə, əminəm ki, sizin həmkarlarınızla diskussiyalar, fikir mübadiləsi bu sahədə qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi işində faydalı olacaq. Bir daha xoş gəlmisiniz”.

Belarusun müdafiə naziri Viktor Xrenin deyib:

“Sağ olun, cənab Prezident. İlk növbədə, Sizinlə görüşmək, Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun adından Sizi və Azərbaycan xalqını salamlamaq, sülh və firavanlıq arzularını çatdırmaq imkanına görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Yüksək səviyyədə səfərlər mübadiləsi həmişə onu göstərir ki, bizim qarşılıqlı fəaliyyətimiz və əməkdaşlığımız yaxşıdır və gözəldir. Bizim dövlətimizin başçısı demişkən, Azərbaycan Belarusun şəxsində Mərkəzi Avropada özünə etibarlı dayaq, Belarus isə Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb. Prezidentin dediyi kimi, bizim parlaq əməkdaşlığımız var. Deyə bilərəm ki, o, buna görə çox fəxr edir.

Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir, həm regional, həm də beynəlxalq siyasi aləmdə həmişə mühüm rol oynayıb. Dünya miqyasında bizi dəstəklədiyinizə, bizə siyasi dəstək verdiyinizə görə Sizə şəxsən öz adımızdan, Belarus Respublikası adından təşəkkürümü bildirmək istərdim.

Cənab Prezident, Dağlıq Qarabağ zonasında hərbi əməliyyatların dayandırılması üçün Sizin əldə etdiyiniz razılaşmaları da alqışlayırıq. Biz, sadəcə, əminik ki, Sizin müdrik rəhbərliyinizlə bu, həmin regionun daha da inkişaf etməsi və Sizin diyarda sülhün möhkəmlənməsi üçün yaxşı təməl olacaq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Belarusun dövlət başçısına çatdırmağı xahiş edib.

15:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Belarus Respublikasının müdafiə naziri Viktor Xrenini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Son xəbərlər

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub

Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Bütün xəbərlər