{category-title}

İlham Əliyev Dünya Bankının regional direktorunu qəbul etdi - YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Dünya Bankının regional direktoru Sebastian Molineusu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Dünya Bankının regional direktorunu salamlayan Prezident İlham Əliyev deyib:

“Xoş gəlmisiniz, sizi görməyə çox şadam”.

Sebastian Molineus: “Mən də Sizi görməyə şadam. Nəhayət, Azərbaycana - Bakıya yenidən dönmək və Sizi görmək çox xoşdur”.

Prezident İlham Əliyev: “Sizi bir daha gördüyümə çox şadam. Bilirəm ki, sizin məşğul proqramınız var”.

Sebastian Molineus: “Elədir ki, var. Təsəvvür edirəm ki, Sizin cədvəliniz mənimkindən daha çox məşğuldur. Odur ki, bizi qəbul etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm”.

Prezident İlham Əliyev: “Gələcək əməkdaşlığımızla bağlı fikir mübadiləsi aparmaq, birgə addımlarımızı planlaşdırmaq üçün yaxşı fürsətdir. Çünki bu vaxta qədər əməkdaşlıq çox uğurlu olmuşdur. Mən elə indicə məlumata baxdım. Biz 47 layihə həyata keçirmişik və onların bəziləri hələ icra mərhələsindədir. Ümumi paket təxminən 4 milyard ABŞ dolları təşkil edir. Bizim inkişafımızın çox vacib sahələrinə, infrastruktura göstərdiyiniz dəstəyə görə sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Eləcə də, TANAP-ın maliyyələşdirilməsi ilə bağlı verdiyiniz dəstəyə görə sizə xüsusi təşəkkürümü bildirirəm. Bu da maliyyə baxımından, həm də digər maliyyə institutlarına müəyyən siqnalın verilməsi baxımından çox önəmli idi. Çox şadam ki, artıq layihənin açılışı olmuşdur. Cənub Qaz Dəhlizi tam olaraq 3 aydır ki, fəaliyyət göstərir və bu, yalnız başlanğıcdır. Əlbəttə ki, biz “Doing Business” proqramında mövqeyimizi yaxşılaşdırmağımızla çox fəxr edirik. Biz 191 ölkə arasında 28-ci mövqedəyik. Bu, bizim üçün həqiqətən də mühüm nailiyyətdir. Lakin əlbəttə ki, biz islahatları davam etdirəcəyik və mən əminəm ki, görüşümüzdə biz bunu müzakirə edəcəyik. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yeni imkanlar var. Orada infrastrukturun inkişafına böyük ehtiyac var. Çünki bütün infrastruktur dağıdılmışdır və insanları qaytarmaq üçün biz əlbəttə ki, minalardan təmizləmə işlərini, sonra isə yenidənqurma işlərini həyata keçirməliyik. İnfrastruktur layihələri olmadan məcburi köçkünləri və qaçqınları qaytarmaq mümkün olmayacaq. Odur ki, biz bu məsələlərdə də Dünya Bankı ilə əməkdaşlığa güvənirik”.

Sebastian Molineus: “Əvvəla, bizimlə görüşmək üçün vaxt ayırdığınıza görə çox sağ olun. İcazə verin Sizi gec də olsa Novruz bayramı münasibətilə təbrik edim. Ümid edirəm ki, bayramı ailənizlə keçirmək imkanınız olub. Bir daha qeyd etmək istəyirəm ki, yenidən burada olduğuma görə çox böyük sevinc hissi keçirirəm. Pandemiyanın baş qaldırmasından bir il keçib və xoşbəxtlikdən biz geri qayıda bildik.

Prezident Əliyev əvvəla Sizə Azərbaycan üzrə yeni ölkə menecerimiz Sara Mayklzı təqdim etmək istəyirəm. Əlbəttə ki, Siz onu yaxşı tanıyırsınız. Sara ölkə üzrə yeni menecer olacaq. O növbəti dörd ildə burada olacaq. Hesab edirəm ki, o, əla seçimdir, əgər belə deyə bilərəmsə. Siz bunu tezliklə görəcəksiniz. O, Azərbaycan Hökuməti və Dünya Bankı arasında əməkdaşlığı daha da təkmilləşdirmək üçün özü ilə bütün keyfiyyət və atributları gətirir”.

Prezident İlham Əliyev: “Sizə burada yaxşı vaxt keçirməyi arzulayıram”.

Söhbət zamanı Dünya Bankının regional direktoru Sebastian Molineus Azərbaycanda iqtisadi sahədə gedən proseslərin və ölkəmizlə əməkdaşlığın önəmini vurğulayıb, Azərbaycan Prezidentinin islahatlar siyasətini yüksək qiymətləndirib.

Görüşdə strateji istiqamətlərdə əlaqələrin və Dünya Bankı ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

15:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Dünya Bankının regional direktoru Sebastian Molineusu qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Son xəbərlər

ETX: Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

İlham Əliyev: TDT-yə üzv ölkələr arasında heç bir problem və anlaşılmazlıq yoxdur

İlham Əliyev: Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb

"Qazprom": "Türk axını" qaz kəmərinin obyektinə hücum cəhdi olub

Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər

BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi-Yenilənib

Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

Ərbildə 20-dən çox PUA vurulub

Aprel ayına olan hava proqnozu açıqlanıb

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

Şər-böhtan yox, fakt və vicdan danışmalıdır

"Mehr": ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür - FOTO

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

Bütün xəbərlər