{category-title}

 

 

 

Əflatun Qasımov: “Bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır”

 

Yenə də Azərbaycan vətəndaşları burada yaşa­yacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugün­kü tarix heç vaxt silinməyəcək. Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənfur düşmən gəlib onları öz torpaqla­rından didərgin salıb, onların binalarını dağıdıb, onların əmlakını mənimsəyib, talayıb. Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı ölkəmizin tam qələbəsi və düşmənin kapitul­yasiyası ilə nəticələndi. Bununla da Vətən müharibəsi başa çatdı. Azərbaycan bu döyüşdə parlaq qələbə qa­zandı, işğal aldındakı torpaqlarımızı yağılardan təmizlədi. Müzəffər ordumuzun hər bir əsgəri, hər bir zabiti müharibədə qəhrəmancasına döyüşdü, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, yaralandı, öz həyatınızı risk altına atdı, lakin məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürü­şünü son nəticəyə qədər davam etdirdi. Budur, artıq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ərazi bütövlüyümüzü şərtləndirən, işğalçılardan təmizlənən torpaqla­ra–rayon və şəhərlərimizə səfər edir, zəfər yürüşünün simvoluna çevrilən Azərbaycan bayrağını dalğalandırır, barbarcasına dağıdılan ərazilərimizdə tikinti, abadlıq-quruculuq işlərinin başlanması ilə bağlı tapşırıqlarını verir.

“İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir” Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın noyabrın 16-da işğal­dan azad edilən Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri, ilk növbədə, onunla əlamətdar oldu ki, həmin gün dövlətimizin başçısı Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verməklə magistralın inşa­sına başlandı.

Ali Baş Komandan layihənin icrasının gedişi ilə tanış olduqdan sonra Azərbaycan xalqını ürəkdən təbrik edirərək, bildirdi ki, bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.

Prezident İlham Əliyev son illər ərzində ölkəmizdə bir çox yolun inşa edildiyini, 2004-cü ildən bu günə qədər isə 16 min kilometrdən çox keyfiyyətli avtomobil yolu çəkildiyini və bu göstəriciyə görə, Azərbaycanın dünyada qabaqcıl yerlərdən birində qərarlaşdığını vurğuladı.

Ölkə rəhbəri sözügedən yolun bizi Şuşaya apardığna görə, xüsusi əhəmiyyət daşıdığını, eyni zaman­da, müvafiq tikintinin işğaldan azad edilən torpaqlarda reallaşdırılan birinci layihə olduğunu diqqətə çat­dırdı. Ali Baş Komandan daha sonra dedi: “Şuşa işğaldan azad olunan­dan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçı­lardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğal­dan azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq­dır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”.

Prezident İlham Əliyev həmin gün-noyabrın 16-da artıq qurucu­luq işlərinə başlanıldığını, Qələbə günündən 8 və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomo­bil yolunun çəkilişinə start verildiyini, layihəyə əsasən magistralın çox rahat və geniş olacağını, bunun isə mənzilbaşına rahat gedib-gəlməyə imkan yaradacağını qeyd etdi.

Dövlətimizin başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən şanlı qələbə əldə olunub, işğal altındakı torpaq­lar yağılardan təmizlənib. Düşmənin vurduğu ziyanın da hazırda dəqiq hesablanmasına başlanılıb. Eyni zamanda, zərərçəkmiş bütün in­sanların dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaq­ları, bütün bu işlərin planlı şəkildə aparılacağı, ilk növbədə, ziyanın he­sablanacağı, dəqiq uçotun aparıla­cağı, sonra isə bərpa-yenidənqurma işlərinə start veriləcəyi diqqətə çatdırılıb.

Dövlətimizin başçısı çıxışında işğaldan azad olunan torpaqlarda düşmənin bütün infrastrukturumuzu dağıtdığını, kənd və şəhərlərimizi demək olar ki, yerlə-yeksan etdiyini, bununla da qəsbkar vəhşiliyini, rəzilliyini bütün dünyaya göstərdiyini vurğuladı.

Ali Baş Komandan İlham Əliyev Azərbaycanın hazırda münaqişənin siyasi həlli mərhələsini yaşadığını da xatırladıb: “Bu mərhələdə də Azərbaycan istədiyinə nail olur və olacaq. Münaqişənin hərbi mərhələsi başa çatıb. Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70- dən çox yaşayış məntəqəsinin iş­ğaldan azad edilməsi münaqişənin hərbi mərhələsinə son qoyub. Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanın­da sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qa­yıdır. Amma baxın, görün, mənfur düşmən hansı vəhşiliklər törədir – evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq ka­nallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqla­rının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq”.

İşğaldan azad edilən torpağımızın hər qarışı tezliklə gülüstana çevriləcək Bu gün işğaldan azad edilən yaşayış məntəqələrimizdə ermənilər tərəfindən dağıdılan infrastrukturun bərpası istiqamətdə proqramlar hazırlanır. Şuşa, Kəlbəcər, Laçın və digər rayonlarımızda dağıdı­lan məscidlərin, tarixi abidələrin, məktəblərin yenidən bərpa oluna­cağı, Şuşa şəhərinin işğaldan öncə olduğu kimi, Azərbaycanın yenidən əsas turizm mərkəzinə çevriləcəyi, yağı tapdağından qurtulan torpaq­larda kənd təsərrüfatının inkişaf etdiriləcəyi haqqında tədbirlər planı üzərində işlənilir.

Dövlətimizin başçısı Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı bu barədə fikir bildirərək deyib: “Onlar hesab edirdilər ki, bu dağın­tılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpa­ğımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik.

Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inziba­ti binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq”.

Prezident İlham Əliyevin vurğu­ladığı kimi, Azərbaycan vətəndaşları yenə də bu tarixi torpaqlarımızda yaşayacaq, qurub- yaradacaqlar. Amma bugünkü tarix heç vaxt unudulmayacaq. Bu dağılmış, yandırılmış evlər, viran qoyulmuş kənd və şəhərlər erməni vəhşiliyinin canlı şahidləridir. Bu evlərdə, bu şəhərlərdə yaşayacaq insanları­mızın Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canla­nacaq, yurd yerlərimiz gülüstana çevriləcək.

Xatırladaq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin noyab­rın 16-da səfərdə olduğu Füzuli və Cəbrayıl rayonlarında işğaldan əvvəl qaynar bir həyat yaşanıb. İndi o vəziyyətdən əsər-əlamət belə yoxdur. Hər yer dağıntı, xaraba halındadır. Füzuli rayonuna gedən yolun ətrafında bir vaxtlar respub­likamızın digər yerlərində olduğu kimi, inkişaf, tərəqqi hökm sürüb, əhali firavan və sülh içində yaşayıb. Ancaq torpaqlarımız işğala məruz qaldıqdan sonra azərbaycanlılar dədə-baba yurdlarından qovulublar, yaşayış məntəqələrimiz erməni vandalları tərəfindən yerlə-yeksan edilib. Ermənilər daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdi­yi evləri vəhşicəsinə dağıdıblar.

“Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib” İşğal altında olduğu illərdə Füzuli rayonu da erməni barbarlığının qurbanı olub. Pre­zident İlham Əliyev yağılardan xilas edilən Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdandan sonra qəsbkarın daşı daş üstdə qoymadığı digər şəhərlərimizdə olduğu kimi, bura­da da dəhşətli dağıtılar, talanlar törətdiyini diqqətə çatdırıb: “Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrast­rukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaq­lardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıt­mışıq. Düşməni qovmuşuq torpaq­larımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan son­ra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb”.

Ölkə rəhbəri Füzuli şəhəri və rayonunun erməni faşistləri tərəfindən tamamilə dağıdıldığını, adının dəyişdirildiyini, bütün dün­yanın bu barbarlığa, vandalizmə 30 il səssiz qaldığını, biganəlik göstərdiyini, belə bir halın isə faktiki olaraq erməni işğalını möhkəmləndirdiyini vurğulayıb: “Bizi sanki bu vəziyyətlə barış­mağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşi­dirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən, hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq. Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulya­siya aktını imzalamazdı...”.

Prezident İlham Əliyev çıxı­şında 1990-cı illərin əvvəllərində Azərbaycan rəhbərliyinin ordu quruculuğuna fikir verməməsini, ölkəmizi xaosa, anarxiyaya sürüklədiyini, nəticədə respub­likada vətəndaş müharibəsinin başladığını, hətta AXC-Müsavat cütlüyünün öz əsgərlərini əsir gö­türdüyünü, Gəncəni bombaladığını xatırladıb, məhz elə buna görə də torpaqların işğala məruz qaldığını vurğulayıb. Dövlətimizin başçısı o illəri, o acınacaqlı şəraiti indi Ermənistan əhalisinin yaşadığını diqqətə çatdırıb.

Xudafərində tarixi anlar yaşandı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində Xudafərin körpüsünə də gəliblər. Prezident İlham Əliyev burada tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq bir hadisəni rəsmiləşdirib– Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Dövlətimizin başçısının bayra­ğımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan üçün qürur və fəxarətdir. Çünki xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürurumuz, milli kimliyimizdir.

 

Əflatun Qasımov

Avtomobil Yollarının İstismarı və Təmiri idarəsinin rəisi 

Son xəbərlər

“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?

Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub

Lamiyə Vəliyeva dünya çempionu oldu

Sabah hava belə olacaq

Özünü asan qız son anda xilas edildi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR

BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb

BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr

Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq

May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?

Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib

Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar

Belarus Prezidenti Füzuli rayonuna səfər edib

Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir

"Manaf Manafovu deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI

Bütün xəbərlər