{category-title}

Tərtərin kəndindəki erməni komandir də qızışdı: - “Mən hələ erməni ordusunun qələbəsi üçün tost deyəcəm...”

 

Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “təhlükəsizlik katibi” sayılan terrorçu general Vitali Balasanyanın dünən Xankəndindəki “ictimai televiziya”ya müsahibəsində Azərbaycana qarşı sərt ifadələrindən “Artsaxda ordu olub və olacaq” sözlərindən sonra torpaqlarımızda hələ də sülənən digər yüksək rütbəli erməni hərbçilər də səslərini qaldırmağa başlayıb.

“Mən hələ Ermənistan ordusunun qələbəsi üçün tost deyib içəcəm. Biz səbr və silahlarla silahlanacağıq...”

Moderator.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə, bu sözləri Tərtər rayonunun Azərbaycanın nəzarəti altında olmayan ərazilərində yerləşən və “elit birləşmə” sayılan "Yehnikner"(“Marallar”) adlı erməni hərbi hissəsinin komandiri, “Kyoxa" ləqəbli Qarabağ qəhrəmanı polkovnik Karen Jalavyan söyləyib.

Xatırladaq ki, 10 Noyabr üçtərəfli razılaşmasından sonra Karen Jalavyan həmin sazişi tanımadığını və əmrindəki hərbçilərə Qarabağda olduqları mövqelərdən çıxmamaq əmrini verməsi haqda xəbərlər yayılmışdı. Eyni zamanda qondarma "müdafiə ordusu” komandanlığı bu ordu hissələrinin öz müdafiə mövqelərində xidmətə davam etdiyini və bundan sonra da davam edəcəyini bildirmişdi.

Bundan cəmi bir həftə öncə - noyabrın 5-də isə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunun işğal altındakı Təpəkənd (“Tonaşen”) kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturunun dağıdılması haqda məlumat yaymışdı.

Zəruri şərh:

Əgər ermənilərin yaydığı məlumat doğrudursa və separatçıların hərbi komandanlığı Qarabağdan çəkilməyə dair müddəaları yerinə yetirməkdən imtina edirsə, Rusiya sülhməramlıları müdaxilə etmək məcburiyyətindədirlər. Çünki 10 noyabr tarixli üçtərəfli razılaşmanın maddələrinin riayət olunmasının izlənilməsi məsuliyyəti onlara həvalə edilib. Əgər sülhməramlılar da bunu etmirlərsə, onda Azərbaycan Silahlı Qüvvələri üçtərəfli razılaşmanın işğalçı erməni ordusunun hüquqi ərazisindən kənarlaşdırılmasının həyata keçirilməsini təmin etmək, yəni həmin işğalçı hərbi birləşməyə qarşı lokal antiterror əməliyyatı keçirmək hüququna malikdir...

Onu da xatırladaq ki, hazırda Tərtər rayonunun 10 kəndi hələ də rəsmən işğal altındadır.

Son xəbərlər

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Çarmıxa çəkilmiş vicdanın səsi

Bütün xəbərlər