{category-title}

Apreldə sərt karantin yenidən tətbiq ediləcək? - AÇIQLAMA

 

 

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azalmağa başlayıb.

Unikal.org “Musavat.com”a istinadən xəbər verir ki, təkcə yanvarın 25-nə olan statistik məlumata görə, ölkədə 57 yeni yoluxma faktı aşkar olunub, 11 nəfər isə virusdan dünyasını dəyişib.

Bununla belə, bəzi mütəxəssislər qeyd edir ki, ölkədə yanvarın 25-dən etibarən sərt karantin rejimində edilən yumşalmalar gündəlik yoluxma sayını yenidən artırmış olacaq.

Hətta iddialar səslənir ki, fevralın sonu və yaxud aprelin əvvəlində yenidən ölkədə sərt karantin rejimi tətbiq oluna bilər. Bəs bu iddialar nə dərəcədə özünü doğrulda bilər?

Daha bir məsələ, məlum olduğu kimi, ölkədə yanvarın 18-dən etibarən vaksinasiya prosesi başladılıb. Lakin bu günə qədər vaksinasiya prosesinin gedişatı, vaksin olunanların sayı nədənsə açıqlanmır.

Halbuki digər ölkələrdə, o cümlədən yanvarın 13-dən vaksinasiya prosesinə başlayan qardaş Türkiyədə bu məsələ şəffaf şəkildə təqdim olunur. Məsələn, ötən həftə Türkiyə rəsmiləri ölkədə 1 milyondan çox səhiyyə işçisinə vaksin vurulduğunu açıqlamışdı.

Bəs Azərbaycanda bu məsələ niyə şəffaf deyil? Tibb elmləri doktoru, professor Adil Qeybulla bu və digər suallarla bağlı danışıb:

"Bəli, yoluxanların sayı xeyli azalıb. Rəqəmlər statistik olsa da deyə bilərəm ki, apardığımız müşahidələr xəstəliyin kəskin azaldığını gösətirir. Belə ki, kompüter tomoqrafiyaya müraciət edənlərin sayı kəskin azalıb”.

Professor "fevralın sonu və yaxud aprelin əvvəlində sərt karantin rejimi yenidən qayıda bilər” iddialarına isə bu cür şərh bildirdi:

"Bu, o halda ola bilər ki, yoluxma sayında yenidən hər hansı bir artım olsun. Lakin unutmayaq ki, vaksinasiya da davam edir. Vaksinasiya aktiv həyata keçirilərsə, yoluxmalar daha da azalar. Fevralın sonuna qədər sosial sahələrin hamısında yumşalmalar mümkün deyil.

Hər halda, karantin rejimi qalacaq, yəni karantin davranışlarına əməl etmək qaydaları davam edəcək. Ola bilər ki, böyük ticarət mərkəzlərinin də fəaliyyətləri bərpa olunsun, lakin karantin davranışlarına riayət etmək şərti ilə.

Bununla da aprelin əvvəlinə sərt karantin rejimi olacağını proqnozlaşdırmıram. Əlbəttə ki, sabotaj olarsa, hər bir şey baş verə bilər”.

Adil Qeybulla qeyd etdi ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da vaksinasiyalarla bağlı statistika şəffaf olmalıdır:

"Periodik rəqəmlər mütəmadi olaraq açıqlanmalıdır. Dünya xəstəliklərinə nəzarət və profilaktika mərkəzləri bu məsələni diqqətlə izləyir, vaksinasiyadan sonrakı bütün problemləri qeydə alırlar. Ona görə də vaksinasiya prosesinin statistikası, gedişat prosesi tamamilə şəffaf olmalıdır”.

"Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov da qeyd etdi ki, karantin rejimində yumşalmalar olsa da, karantin qaydalarına mütəmadi əməl etmək vacibdir:

"Hər halda, virus bizimlə davam edirsə, bütün tədbirlər öz aktuallığını saxlayır. Əvvəlki kimi yenə maska taxmaq, sosial məsafə saxlamaq, əllərin dezinfeksiyası, gigiyena məsələlərinə əməl etməliyik.

Son rəqəmlər xeyli ürəkaçan, sevindiricidir. Karantin rejimi başlayanda, SMS icazəsi tətbiq olunanda da qeyd edirdik ki, zaman-zaman yoluxma sayları enəcək.

Hər halda, görülən tədbirlər, insanların məsələyə daha anlayışlı, məsuliyyətli yanaşması, tələblərə əhəmiyyətli dərəcədə əməl etməsi bu nəticəni ortaya qoyub. Lakin qeyd etdiyim kimi, virus hələ də bizimlədir. Dünyada virusun daha fərqli, daha öldürücü ştamlarının yayılmasından danışılır.

Bu da onu göstərir ki, biz bundan sonra əldə olunan nəticələri qorumaq üçün xüsusi fəaliyyət göstərməliyik. Bu baxımdan hər bir vətəndaşdan daha da məsuliyyətli olmaq tələb olunur.

İnsanların psixoloji gərginliyi, iqtisadi problemləri, cəmiyyətin əvvəlki normal həyata qayıtmaq arzuları yönündə atılan addımlara görə ünsiyyət çoxalacaq.

Məlum olduğu kimi, fevralın 1-dən kafe və restoranlar açılır, yəni ünsiyyət xeyli artacaq və bu da yoluxma ehtimalını da artırır. Əgər yoluxma artarsa, aidiyyəti strukturlar yenidən sərt tədbirlər görmək məcburiyyətində qalacaq".

Son xəbərlər

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub

İranda Təbriz Günü qeyd edilib

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

Tailandda məktəbdə atışmada ölənlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

Bütün xəbərlər