{category-title}

Səfərbərlik üzrə orduya çağrılan şəxslər evlərinə nə vaxt qayıdacaq? - AÇIQLAMA

 

“Hərbi vəziyyət elan edildikdən sonra ya tam, ya da qismən səfərbərlik olur. Hərbi vəziyyət qüvvədə qalır. Çox güman ki, dekabrın 1-dən – bütün ərazilər azad edildikdən sonra məsələyə baxıla bilər”.

Bunu baku.ws-ə açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, hərbi vəziyyətə Milli Məclis baxmalıdır və bundan sonra hərbi vəziyyət qüvvədən düşməlidir:

“Hələ ki, hərbi vəziyyət qalırsa, səfərbərlik də, kommendant saatı da qüvvədə qalır. Buna görə, gözləmək lazımdır ki, hərbi vəziyyət ərazilərdə normal rejimlə əvəz edilsin. Ola bilər ki, həmin ərazilərdə fövqəladə vəziyyət rejimi olsun. Ya da hərbi vəziyyət rejimi işğaldan azad edilən ərazilərdə ola bilər.

Misal üçün Bakıda hərbi vəziyyətə ehtiyac qalmaz. Hərbi vəziyyətlə bağlı konkret şəhərlər göstərilib. Bu şəhərlərin bir qismi saxlana bilər, digər qismindən isə hərbi vəziyyət götürülə bilər.



Dekabrın 1-nə, ərazilər boşalana qədər hansısa bir şəkildə hərbidən tərxis olunma nəzərdə tutulmayıb. Elə şəxslər var ki, hərbi xidmət müddəti başa çatıb, amma təxris olunmayıblar. Müharibə və hərbi vəziyyət zamanı artıq xidmət etmək nəzərdə tutulur. Faktiki olaraq bu ortadan qaldırıldıqdan sonra təxris olunmalar başlayacaq.

İndidən konkret hərbçilərin evlərinə buraxılacaq tarixi dəqiq demək mümkün deyil. Hər an insidentlər çıxa bilər”.

Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər – əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində ordunun komplektləşdirilməsinə cəlb olunub.

Son xəbərlər

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Sumqayıtda avtomobil yolu çöküb

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI

Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb

Dövlət Komitəsində kollegiya iclası keçirilib, tapşırıqlar verilib

İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib

İran ordusu: ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb

Sabah yağış yağacaq - PROQNOZ

İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq

"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Bütün xəbərlər