{category-title}

BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü" kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.

Mayın 5-də dünyada daha hansı hadisələr baş verib?

1. 5 may 1764-cü ildə Rusiyada ilk dəfə olaraq qızlar üçün təlim-tərbiyə müəssəsi yaradıldı.

2. 5 may 1920-ci ildə Lenin “müstəqil Azərbaycan Sovet Respublikasının” təşkili münasibətilə RSFSR Xalq Komissarları Soveti adından Azərbaycan Sovet hökumətinə təbrik teleqramı göndərib.

3. 5 may 1920-ci ildə Azərbaycan İnqilab Komitəsi xanların, bəylərin, mülkədarların, həmçinin monastır kilsə və məscidlərin torpaqlarının, vəqf yerlərinin müsadirə edilib kəndlilərə paylanması haqqında dekret verib.

4. 5 may 1949-cu ildə Londonda Avropa Şurası (AŞ) yaradılıb. Qurumun qərargahı Strasburqda yerləşir. Avropa Şurasının fəaliyyəti ilk növbədə insan hüquqlarının təmin olunmasına və müdafiəsinə, hüquqi əməkdaşlığın inkişafına, mədəniyyət, təhsil, səhiyyə, ekologiya və informasiya sahələrində qarşılıqlı fəaliyyətə yönəlib. AŞ terrorizmə qarşı mübarizə məsələlərinə, eləcə də demokratik sabitliyin möhkəmlənməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirir. Azərbaycan 2001-ci ildən AŞ-nin üzvüdür.

5. 5 may 1955-ci ildə Almaniya Federativ Respublikası NATO-ya daxil olub.

6. 5 may 1960-cı ildə Bakı funikulyaru istifadəyə verilib.

7. 5 may 1963-cü ildə ABŞ-da ilk dəfə qara ciyər implantasiyası həyata keçirilib.

8. 5 may 1970-ci ildə Bakıda Ulduz metrostansiyası istifadəyə verilib.

9. 5 may 1990-cı ildə Misirşünaslar və İT mütəxəssisləri birgə səyi nəticəsində heroqlifləri yazmağa imkan verən kompüter proqramı hazırlanıb.

10. 1994-cü ilin bu günündə Birinci Qarabağ müharibəsində atəşkəs niyyəti ilə apanlan danışıqlar nəticəsində Bişkek protokolu imzalanıb.

11. 5 may 2000-ci ildə Əhməd Nejdət Sezər Türkiyənin 10-cu prezidenti seçilib. O, vəzifəsinin icrasına 16 mayda başlayıb.

12. 5 may 2006-cı ildə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dövlət başçılarının 9-cu sammiti keçirilib. 10 müsəlman ölkəsini birləşdirən ECO 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib, Azərbaycan keçmiş SSRİ-nin müsəlman respublikaları ilə birlikdə 1992-ci ildə quruma üzv olub.

13. 5 may 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışı olub. Burada çoxcildli Universal Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşri ilə məşğul olurlar.

3 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 5 may 1818-ci ildə Alman filosof, iqtisadçı Karl Marks anadan olub.

2. 5 may 1821-ci ildə Fransız imperator Napoleon Bonapart vəfat edib.

3. 5 may 1892-ci ildə şair Əhməd Cavad anadan olub.

4. 5 may 1910-cu ildə SSRİ Xalq artisti, rejissor, aktyor və pedaqoq Adil İsgəndərovun doğum günüdür (1910-1978). Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm” kinostudiyasının direktoru işləyib. “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.

5. Azərbaycan mifoloq-türkoloqu, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü Mirəli Seyidov 5 may 1918-ci ildə anadan olub.

6. Azərbaycan leytenantı,Milli Qəhrəman İlham Əliyev 5 may 1961-ci ildə anadan olub.

7. Azərbaycan hərbçisi, Milli Qəhrəman Elşad Yəhyayev 5 may 1966-cı ildə anadan olub.

8. Azərbaycan hərbçisi, Milli Qəhrəman Qasım Rzayev 5 may 1970-ci ildə anadan olub.

9. Azərbaycan hərbçisi, Milli Qəhrəman Pərviz Səmədov 5 may 1970-ci ildə doğulub.(Bizim.Media)

Son xəbərlər

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb

BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Şəmkirdə 11 nəfər salatdan zəhərləndi

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

Bütün xəbərlər