{category-title}

Cəmiyyət
4.05.2026, 16:23
İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Mayın 5-7-də Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran) yağıntının intensivləşəcəyi, 5-6-da qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
