{category-title}

Bir aydır ki, bütün dünya bizdən danışır. Bir aydır arzularımız gerçəkləşir. Artıq yüzlərlə kəndimiz, dörd rayonumuz, üç qəsəbəmiz işğaldan azad edilib. Cəmiyyətin bütün təbəqələrindən olan insanlar, varlısı, kasıbı, cavanı, qocası əlindən gələn köməyi dövlətimizdən, ordumuzdan əsirgəmir. Xalq bir yumruq kimi birləşib. Qarabağ işğalda qaldığı 30 ildə sanki milli kimliyimizdən uzaqlaşmışdıq, kiçilmişdik, milli birliyə, qələbəyə möhtac idik. İndi yenidən millət, dövlət, ordu oluruq, yenidən doğuluruq, tamlaşır, bütövləşirik.
   Ali Baş Komandan dünyanın nüfuzlu KİV-lərinə münaqişə ilə bağlı müsahibələr verdi. Dağlıq Qarabağla bağlı vəziyyəti dünyaya çatdırmaq üçün 30 illik informasiya blokadasını darmadağın etdi. Ermənistanın terror dövlət olduğunu dünyaya göstərdi, həm diplomatik, həm informasiya yolu ilə. Ermənistanın Azərbaycana vurduğu ziyanları, cinayətləri qərəzsiz, faktlarla beynəlxalq siyasi müstəviyə daşıya bildi. Status kvo ləğv olundu, atəş xətti dağıdıldı. Ölkəmiz uzun illərdir gözlədiyi mücadilənin başlanmasına və qələbəyə şahidlik edir. Azərbaycan dövlət olaraq özünü və xalqının kimliyini təsdiqlədi, məğlubiyyət sindromundan azad oldu. Biz ermənilərə illər öncə deyirdik ki, bizim hərbi büdcəmiz sizin dövlət büdcənizdən çoxdur, inanmırdılar. Onlar ümid edirdilər ki, beynəlxalq havadarları status-kvonu əbədi saxlayacaqlar Azərbaycan xalqına Zəngəzur kimi Qarabağı da unutduracaqlar.
   Bir ayda əldə edilən ən böyük nailiyyət Azərbaycan Prezidentinin Qafqazda daha mürəkkəb geopolitik vəziyyət yaratmasıdır. Bundan sonra Dağlıq Qarabağla bağlı ən xırda müzakirənin belə iştirakçılarını Azərbaycan müəyyən edəcəkdir.
   Ermənistanın sabiq baş naziri V.Manukyan məğlubiyyətə görə Paşinyan hökumətini istefa verməyə çağırıb. Manukyan Ermənistanın hazırda tarixin ən biabırçı səhifəsini yaşadığını yazıb. Ancaq o unudur ki, qonşu xalqlara qarşı terror, zorakılıq, vəhşiliklərlə dolu Ermənistan tarixində rüsvayçı olmayan səhifə heç olmayıb, günahkarsa əsrlərdir xəstə iddialarla yaşayan erməni toplumudur.
   Artıq işğalçı ordu darmadağın edilib, artıq döyüşməyə erməni kişisi qalmayıb, cəbhəyə qadınlar, uşaqlar, qocalar göndərilir. Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Dağlıq Qarabağda heç vaxt referendum keçirilməyəcək, ən uzağı mədəni muxtariyyət verilə bilər. Vətən müharibəsi başlayanadək Bakı regiona ən yüksək status verməyə hazır idi, lakin belə bir şey heç vaxt olmayacaq, məğlub, yerlə yeksan olmuş Ermənistan bizə hansı şərti diktə edə bilər ki?
   Paşinyan yenə xalqına müraciətdə abstrakt şeylərdən danışıb və yenə bizi suçlayıb. Belə xəstə təfəkkürlü, anormal düşüncəli birisi ilə sülh danışıqlarına getmək olarmı? Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü Ermənistan tərəfindən rəsmən tanınmasa Qarabağ müharibəsi bitməyəcək və İrəvan üçün daha da acınacaqlı sonluq olacaq.
   Qüdrətli Azərbaycan Ordusu isə Qarabağda inamla irəliləyir. Tezliklə üçrəngli bayrağımız işğal olunmuş bütün şəhərlərimizdə, kəndlərimizdə dalğalanacaq. Ermənilərsə tarix boyu sərsəm arzularını ağıllarına belə gətirməkdən qorxacaqlar!


Qarabağ həmişəlik Azərbaycan olacaq!

 Elçin Rüstəmov

 İş adami

Son xəbərlər

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Gürcüstanı Azərbaycanla birləşdirəcək yeni avtomagistralın inşası üzrə tenderin müddəti uzadılıb

DYP piyadalara müraciət edib

Azərbaycan nefti 95.5 dollara satılır

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

Bütün xəbərlər