{category-title}

 Vətənimiz son bir ayda tarixinin ən şərəfli günlərini yaşayır. Milliyyətindən, dinindən, yaşından asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının ürəyi Qarabağla döyünür. Qəhrəman əsgərlərimizdən gələn qələbə xəbərlərini gözləyirik. 30 ildir davam edən ədalətsizlik bərpa olunur. Bu ədalətsizliyi biz millət olaraq özümüz, tək başına bərpa edirik. Prezidentimizin son müraciətində dediyi kimi, 26 ildir nəticəsiz danışıqlardan təngə gəlmişik. “Qarabağ məsələsinin hərbi həlli yoxdur” deyən erməni havadarlarına göstəririk ki, boş yerə uzadılan lazımsız danışıqlar sıfır nöqtəsindən tərpənməyəndə biz öz gücümüzlə torpaqlarımızı təmizləmək iqtidarındayıq.
Cəbhədə azğın və qudurğan düşmənlə ordumuz ləyaqətlə döyüşür və onları torpaqlarımızdan qətiyyətlə qovub çıxarır. Alçaq düşmən isə ordumuz qarşısında duruş gətirə bilməyib acığını dinc əhalidən, günahsız körpələrdən çıxır. Budur əsl erməni xisləti !!! İllərdir özünü “əzabkeş” kimi dünyaya sırıyan mənəviyyatsızların maskası artıq cırılmışdır! Çünki biz eyni zamanda informasiya müharibəsində uğurla irəliləyir, bütün maneələri yararaq ermənilərin əsl simasını göstəririk.
Dünyanın aparıcı mediya nümayəndələrinə möhtərəm prezidentimizin verdiyi müsahibələr erməni havadarlarının başına ildırım kimi çaxmışdır. Çünki prezidentimiz hamısının iç üzünü açıb göstərir! Müdafiə olunmur, hücum edir, hamısından hesab sorur. Sözün əsl mənasında iti zəkasıyla qılıncdan keçirir!
Azərbaycan vətəndaşı olaraq prezidentimizin hər çıxışını, hər müsahibəsini böyük sevinc və həyəcanla gözləyir və izləyirik. O, bütün dünyaya xalqına arxalanan dövlət başçısının nümunəsini göstərir. Söylədiyi hər sözün, hər kəlmənin arxasında xalqın imzası var! Xalqımız həmişə Prezidentimizə dayaqdır! Bu birlikdən qürur duyuruq və inanırıq ki, İnşallah bizi böyük qələbəyə, torpaqlarımızın hər bir qarışının  azad olunmasına aparacaq!

Allah bu birliyimizi qorusun!

Qarabağ Azərbaycandır!!!

 Vəzir Həsənov

 Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri 

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər