{category-title}

 

 Kərim Tahirov

Azərbaycan Milli Kitabxananın direktoru, professor

 Son günlər Azərbaycana qarşı yeni hücumlara başlayan işğalçı Ermənistan hökuməti, nəinki bölgədə, Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükə olduğunu bir daha nümayiş etdirdi. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan növbəti dəfə - sentyabrın 27-də səhər saatlarından Azərbaycana qarşı hücuma keçdi və yeni ərazilərimizi işğal etmək iddiasıyla hərbi obyektləri və mülki əhalini hədəfə aldı. Rəşadətli Azərbaycan Ordusu məkirli düşmənin çoxsaylı təxribatlarına cavab olaraq, cəbhəboyu əks-hücuma keçib. Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri, Murov zirvəsi, Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənərək, azad edilib. Səhər Müdafiə Nazirliyinin rəsmi məlumatından öyrəndik ki, Azərbaycan Ordusu digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir. Ordumuzun zəfər yürüşü davam edir.

 Bir milyondan çox insanın hüquqlarını pozan, başqasının torpağına göz dikən işğalçı Ermənistanın saxta demokratiyası, Azərbaycanın tarixi ərazilərini işğal etməsi, sonra isə həmin ərazilərdə erməni əsillilərin qeyri-qanuni məskunlaşdırılması, Azərbaycatın əzəli-əbədi torpaqlarında təxribat törətməsi, dinc sakinlərə atəş açmacı dünya ictimaiyyətinin gözü önündə baş verir. Təəssüflər olsun ki, bugünkü reallıqları əks etdirən faktları görməyən, daha doğrusu görmək istəməyən ikili standartlarla fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatlar işğalçı Ermənistanın başına sığal çəkməklə məşğuldurlar. Bu gün faşist ideologiyasına xidmət edən işğalçı Ermənistanın terror əməlləri ilə bağlı beynəlxalq təşkilatlar əməli addımlar atmalı, dünya ictimaiyyəti ermənilərin insanlığa zidd əməllərini pisləməlidirlər.Dəfələrlə dövlət sərhədimizi pozmağa çalışan ermənilərin qarşısı anında Azərbaycan Ordusu tərəfindən alınıb. Hər zaman ölkəmizin ərazi bütövlüyünü təmin etmək qüdrətinə malik olan Azərbaycan Ordusunun uğurlu əməliyyatları Paşinyan hakimiyyətinin təxribat cəhdini puç edib.

Dünya ictimaiyyəti görür ki, işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında çoxsaylı qətnamələrinə və çağırışlarını heçə sayan Ermənistan havadarlarına arxayın olaraq nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükədir.

 Ölkə Prezidenti İlham Əliyev bir neçə gün əvvəl BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Ermənistanın təxribatlarını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda, Ermənistanın məqsədinin yeni təxribatlar törətmək və işğal siyasətini genişləndirmək olması ilə bağlı beynəlxalq ictimaiyyəti xəbərdar edib, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etdiyini diqqətə çatdıran ölkə Prezidenti İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etdi, işğalçı Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığı beynəlxalq icimaiyyətə çatdırıldı. Lakin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasın həyata keçirildiyi bir dövrdə işğalçı Ermənistan öz məkrli planından əl çəkmədi, təxribatlarını davam etdirdi.

 Son hadisələr göstərir ki, işğalçı Ermənistan hakimiyyətinin avantürist, məkrli planı baş tutmayacaq, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı bütün kənd və qəsəbələrimizi düşmən tapdağından azad edəcək. Dövlət-Xalq-Ordu birliyi sayəsində Azərbaycan bayrağı Şuşada dalğalanacaq.

 Sentyabr ayının 27-i millət olaraq hərbi-siyasi tariximizin yenidən yazıldığı günün başlanğıcıdır. Bu yeni tarix qalibiyyətlər, zəfərlər tariximizdir deyən deputat bildirib ki, belə bir məsuliyyətli mərhələdə ölkəmzdə mövcud olan 52 siyasi partiyadan 50-si bəyanat imzalayaraq Azərbaycan Prezidenti İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, şəhidlərimizin qanının yerdə qalmaması istiqamətində atdığı addımları, nümayiş etdirdiyi qətiyyəti dəstəklədiyini bildirdi. Son günlər bütün xalqın Prezidentin ətrafında sıx birləşməsini, sidq-ürəklə Ali Baş Komandanın verdiyi qərarların arxasında canla-başla dayandıqlarını hamımız qürurla seyr edirik. Xalq olaraq inanırıq ki, xalq-iqtidar birliyi, əhalinin Prezidentin ətrafında sıx birləşməsi Ordumuzda ruh yüksəkliyi yaradır, qələbə müjdəsini yaxınlaşdırır.

 Sonda Kərim Tahirov hamını səbrli olmağa, yalnız rəsmi məlumatlara güvənməyə, dezo informasiyalarla düşmən sevindirməməyə səslədi.

 

 

 

Son xəbərlər

Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil

Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

Keşlədə obyekt yanır

Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq

DTX rəsmisi: "Dünyada enerji sektoruna həftəlik mindən çox ciddi kiberhücum qeydə alınır"

Rusiya Xarkov və Xerson vilayətlərinə hücum edib: 9 nəfər ölüb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib

Əlilliyi olan şəxslərə zəruri həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları təsdiq edilib

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Ramin Məmmədov "Cümə" və "İmam Əli" məscidlərini ziyarət edib

Əlilliyi olan uşaqların qəyyumluq və himayəçilik orqanlarının funksiyaları müəyyənləşdirilib

Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək

DÇ-2026-nın ən yaşlı və ən gənc iştirakçıları müəyyənləşib

İranda yanvar aksiyalarında polisi öldürməkdə təqsirləndirilən şəxs edam edilib

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Mənzil Məcəlləsində dəyişiklik: İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Azərbaycanda növbəti tədris ilindən tibbdə süni intellekt kursları təşkil olunacaq

UEFA Çempionlar Liqasında iştirak edəcək bütün komandalar məlum olub

Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Bütün xəbərlər