{category-title}

 

 

 


...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardandır.

Bəli, dogurdan da cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir. Baba Rzayev millətimizin yətişdirdiyi bir ziyalıdır. Baba Rzayev müəllim sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. O, əsl Vətən daşıdır. Onun qəlbi böyükdür. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır.

 

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Baba Rzayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

O, yüksək biliyi və təhsili, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Baba Rzayev böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədir!

O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

 

Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında Baba Rzayev haqqında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan sərsəm açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Baba Rzayev haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Düşündürücü hal odur ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur. Adicə o halın varlığına diqqət yetirək ki, Baba Rzayevin daşıdığı vəzifə, heç də sıradan bir vəzifə deyil. Açıq şəkildə qeyd edək ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə aid sahələr gündəlik problemlər əmələ gətirən, eyni zamanda tələbkarlığı sevən bir sahədir. Belə bir sahəyə rəhbərlik etməklə, şəhər təsərrüfatının hər sahəsində əmələ gələn problemləri zamanında aradan qaldıran, rəhbərliyin etimad və etibarını qazanan, həyata keçirdiyi idarəçiliyi bəlkə də çoxlarına örnək olan bu şəxslə bağlı tənqidi açıqlamalar dərc etməzdən öncə, azacıq da olsa fikirləşmək, bir qədər götür-qoy etmək gərəkdir ki, ağa qara yox, elə ağa ağ, qaraya da qara demək mümkün olsun.

 

KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Əsl ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev camaatı tərəfindən sevilir, hörmətlə qəbul ədilir. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Amandı gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

 

Bugünkü yaşadığımız cəmiyyət hər kəs üçündür, ona görə də, gənclər, orta nəslin nümayəndələri, ahıllar və digər yaş həddində olanlar, ictimai həyatımızda baş verən inkişaf proseslərində yaxından iştirak etməlidirlər. Belə bir proseslərdə yaşlıların həyat təcrübəsindən, onların bilik və bacarıqlarından bəhrələnmək, nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək və s. kimi addımları atmaq olduqca əhəmiyyət kəsb edir. Onu da bildirək ki, qədim zamanlardan ağsaqqallar, ahıl insanlar yaşadıqları cəmiyyətin ən hörmətli və müdrik insanları hesab olunmuşlar. Onlara cavanlar, böyüklər hər zaman hörmətlə yanaşıb, fikirləri ilə də hesablaşıblar. Qocaların sərvəti onların həyat təcrübəsindədir və onlara qulaq asıb dediklərinə əməl etməklə, məhz bu sərvətə sahib olmaq mümkündür.Onu da vurğulamaq yerinə düşər ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev, idarəçiliklərini şəxsi maraqlarının təmin olunması yöndə həyata keçirdiklərindən, bu gün də qeyd olunan müəssisədə bəzi problemlər mövcuddur. Belə bir halların varlığı da. bugünkü rəhbərliyi daha ciddi addımlar atmağa sövq edir. O da hər kəsə bəllidir ki, işində tələbkar olan, hər bir ahıla qarşı diqqətcil və qayğıkeş olmağı sevən Baba müəllim , hal-hazırda əksəriyyətə nümunə ola biləcək addımlarını atmaqdadır. Belə bir səbəblər üzündəndir ki, ötən aylar ərzində müəssisəyə aid çoxsaylı problemlər həll olunmuş, hal-hazırda bəziləri də həllini tapmaq üzrədir.

Atılan addımların varlığına baxmayaraq, ayrı-ayrı media qurumlarında Baba Rzayevin işguzar fəaliyyətinə kölgə salmaq istəyənlər də tapılır. Yəni, bəzi xəbər portallarında adı çəkilən xanımla bağlı əsası olmayan tənqidi məqalələr yayımlanır və bəzi “xəbər portalları” isə, bu yöndə yayımlanmış məqalələrdən hansısa çirkli məqsəd və niyyətlərini həyata keçirmək istəyinə düşürlər. Təəssüf doğuran hal odur ki, KİV nümayəndələri bu yöndə heç bir araşdırma aparmadan, qarşı tərəfin mövqeyini dinləmədən, çatdırılan məlumatların doğru olub-olmadığını dəqiqləşdirmədən məqalələri dərc edib, geniş ictimaiyyəti çaşdırmağa çalışırlar. O halda sual oluna bilər ki, nədən Baba müəllimin uzun müddət ərzində həll etdiyi problemlər ictimailəşdirilmir, amma köhnə problemləri onun ayağına yazmaq üçün, bəzi jurnalistlər sanki növbəyə düzülürlər? Belə bir halın varlığı birbaşaqərəzçilikdir“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin işgüzar fəaliyyətinə kölgə salmaq cəhdidir.

 Bütün bunları təhlil edib belə bir qənaətə gəlmək olur ki Baba Rzayevə qarşı formalaşmış qərəzçilik hissi heç də bir kimsəyə uğur gətirməyəcək. Əslində yaxşı hal o olar ki, hər kəs “ağa ağ, qaraya qara” deməyi bacarsın. PressXeber.info olaraq görüb eşitdiklərimizin, tərəfimzdən apardığımız müəyyən araşdırmalarımızın varlığını və s. əsas tutaraq, özünün bacarığı, işgüzarlığı, hər bir ahıla qarşı diqqətcil və qayğıkeş olması ilə çoxlarına nümunə olan Baba Rzayev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətiəi rəhbər təyin etdiyi üçün, şəxsən Prezidenti İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. Çünki 4 sentyabr 2018- -ci il tarixindən bu yana Baba müəllimin atdığı hər bir addım, bütün ahıllara həm uğur gətirdi, həm də düşərli oldu. O halın varlığını da qeyd edək ki, bu müəssisənin rəhbəri orta yaş həddində olan, uzun illər ərzində kifayət qədər idarəçilik və peşəkarlıq təcrübəsi qazanan bir şəxs olduğundan, cənab Prezident Baba Rzayevi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə rəhbər təyin edir. Odur ki, kim nə yazır yazsın, kim nə söyləyir söyləsin, onu dərk etməyə ehtiyac var ki, Baba Rzayevin bugünkü uğurlu fəaliyyətinə heç bir halda kölgə salmaq mümkün olmayacaq.

 Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır.

 Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdimedirlər.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki,

Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. . Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Baba Rzayevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

 HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

 P.S. PressXeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Baba Rzayevin şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.

Son xəbərlər

“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?

Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub

Lamiyə Vəliyeva dünya çempionu oldu

Sabah hava belə olacaq

Özünü asan qız son anda xilas edildi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR

BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb

BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr

Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq

May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?

Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib

Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar

Belarus Prezidenti Füzuli rayonuna səfər edib

Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir

"Manaf Manafovu deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI

Bütün xəbərlər