{category-title}

Xətai icra hakimiyyətinə təyinat gözlənilir... - İDDİA

 

 

Yarım ildən artıqdır ki, başçısız qalan Xətai rayonu "Azərenerji” ASC-nin sədri Baba Rzayevin kurasiyasına verilir. 
PressXeber.info xəbər verir ki, bu barədə azeuronews.com-a daxil olan məlumatda bildirilir. 
Mənbənin iddiasına görə, "Azərenerji” ASC-nin sədri Baba Rzayevin qarfaşı Emin Rzayev Xətai rayon icra başçısı təyin edilmək üzrədir. Artıq Emin Rzayevin sənədlərinin prezidentin iş stolunun üstündə olduğu və yaxın günlərdə qərarın verilə biləcəyi ehtimal edilir.
Mənbə Emin Rzayevin Xətai icra başçısı təyin edilməsi qərarının verilə biləcəyini onunla əsaslandırır ki, bir neçə gün öncə Baba Rzayevin oğlu Fuad Rzayev və əmisinin icra başçısı təyin ediləcəyi ilə bağlı paytaxtın tanınmış bir restoranında yaxın dostlarına qonaqlıq verib. Həmin qonaqlıqda Fuad Rzayev bildirib ki, yaxın günlərdə Xətai rayonu onların nəzarətinə veriləcək. Mənbə qeyd edir ki, "Azərenerji” ASC sədrinin oğlu əmisi Emin Rzayevin sənədlərinin prezidentin iş stolunun üstündə olduğunu və hər an sərəncamın verilə biləcəyini sevincək şəkildə dostları ilə bölüşüb.
Mənbə həmçinin qeyd edir ki, artıq Emin Rzayev rəhbərlik etdiyi "Santral Elektrik” LTD şirkətini qardaşı Baba Rzayevin qaynı İlham Həsənova təhvil verib. Bildirək ki, "Santral Elektrik” LTD şirkətinə rəhbərlik etmiş Emin Rzayev qardaşı Baba Rzayevin sayəsində həm milyonçuya çevrilib, həm də böyük biznes imperiyasının əsas idarəedicisi olub. Məlumat üçün qeyd etmək istəyirik ki, paytaxtın Dərnəgül şossesində yerləşən "Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 100 faizi Baba Rzayevin ailəsinə məxsusdur. "Santral Elektrik” LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. Məhz Baba Rzayevin sayəsində "Santral Elektrik” illərdi milyonluq layihələr qazanıb.
Məlumatlara görə, "Legrand” (Fransa), "Pirelly” "GEWISS”, "KEMMR.I” (Finlandiya), "Vortice” (İtaliya), "Stanley” (ABŞ), Philips, Osram "Dewallt”, "Massive” və başqa şirkətlərin Azərbaycanda rəsmi distribütoru da "Santral Elektrik”dir.
 

Son xəbərlər

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Çarmıxa çəkilmiş vicdanın səsi

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

600 bal toplayanların ən çoxu I qrupdadır

Bütün xəbərlər