{category-title}
Gündəm
22.08.2020, 13:51
Ermənistanda koronavirusdan ölənlərin sayı 850 nəfərə çatıb.
Ermənistanda son sutka ərzində 139 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Anews.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 42 616 nəfərə çatıb.
Ermənistanda son sutkada daha 8 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 850 nəfərə çatıb.
Ölkədə indiyədək koronavirusdan sağalanların sayı 35 907 nəfərdir.