{category-title}
Gündəm
16.07.2020, 17:58
Ermənilər Tovuzdakı mövqelərimizi atəşə tutdu - Oxu.Az cəbhədən xəbər verir
Azərbaycan - Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində vəziyyət gərginləşib.
Oxu.Az-ın cəbhə xəttində olan əməkdaşı xəbər verir ki, Ermənistan Azərbaycan Ordusunun Tovuz rayonunda yerləşən mövqelərini artilleriya atəşinə tutub.
Əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.