{category-title}

AZAL Bakı-İstanbul reysinin sərnişinlərinə müraciət etdi

 

AZAL Bakı-İstanbul reysinin sərnişinlərinə müraciət etdi

 

“Azərbaycan Hava Yolları” Bakı-İstanbul reysi ilə uçan sərnişinlərə müraciət edib.

Müraciətdə bildirilir ki, 17-18 iyun tarixlərində Bakıdan İstanbula uçan sərnişinlər uçuşdan əvvəl  mütləq qaydada koronavirus infeksiyası (COVID-19) testindən keçməlidirlər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı:

- İnci laboratoriyası - Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80

- Referans klinikası - Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33

- Memorial Klinik, Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40

Qaydalara əsasən, sərnişinin koronavirus testindən keçməsi barədə arayış uçuşdan ən gec 48 saat əvvəl verilməlidir. Sərnişin yalnız testdən keçərək, mənfi nəticə əldə etməsi  barədə arayış təqdim etdikdən sonra təyyarəyə buraxılacaq.

Bakı-İstanbul reyslərinə birinci Terminalda xidmət göstəriləcək.

Xatırladırıq ki, 17 və 18 iyun tarixlərində “Azərbaycan Hava Yolları” tərəfindən Bakı-İstanbul-Bakı marşrutu üzrə iki xüsusi reys yerinə yetiriləcək.

Hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. 

Bakı-İstanbul reysinə aviabiletləri həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və ya həmin  ölkələrdə yaşamaq  hüququna malik olan şəxslər) əldə edə bilər.

İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.

AZAL sərnişinləri Operativ Qərargahın, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizəyə dair bütün tələb və tövsiyələrinə əməl etməyə çağırır.

Aviaşirkət və hava limanı əməkdaşları isə, öz növbələrində, uçuşun maksimum dərəcədə rahat və təhlükəsiz keçməsi üçün onlardan asılı olan bütün tədbirləri görəcəklər və sərnişinlərə yalnız qəti zərurət olduqda təyyarə ilə səyahət etməyi tövsiyə edirlər.

Son xəbərlər

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub

İranda Təbriz Günü qeyd edilib

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

Tailandda məktəbdə atışmada ölənlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

Bütün xəbərlər