{category-title}

Azərbaycanın almaq istədiyi, Suriya və Liviyada uğur qazanmış Türkiyə PUA-ları nəyə qadirdir? - ARAŞDIRMA

 

 

Azərbaycanla Türkiyə arasında imzalanmış “Hərbi maliyyə əməkdaşlığı haqqında” saziş qüvvəyə minib. Bu razılaşmaya əsasən, Türkiyə Azərbaycana 200 milyon türk lirəsi (50,1 milyon AZN - red.) məbləğində kredit xətti açır və rəsmi Bakı həmin pulla Ankaradan hərbi texnika, silahlar ala bilər.

Bu müqavilə əsasında Azərbaycan Türkiyədən daha çox yeni döyüş sistemləri, o cümlədən pilotsuz uçuş aparatları, pilotsuz kəşfiyyat təyyarələri və “Atak” hücum vertolyotları ala bilər. Hərbi və strateji məsələlər üzrə ekspert Yusuf Alabarda hesab edir ki, Türkiyənin istehsal etdiyi silahlı və silahsız PUA-lar Dağlıq Qarabağda potensial döyüş əməliyyatlarında effektli olacaq. Çünki həm Suriyada, həm də Liviyada Türkiyənin PUA-ları hərbi əməliyyatlar teatrında vəziyyəti Ankaranın xeyrinə dəyişdirə bilib.

Məsələ ondadır ki, son illərdə Türkiyə hərbi sənayesinin istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA) böyük diqqət cəlb edə bilib. Bu ilin fevralında Suriyanın İdlib vilayətində, son iki ayda isə Liviyada Türkiyə istehsalı PUA-lar özlərini yaxşı mənada göstərə bilib. Kəşfiyyat məqsədli silahsız və silahlı PUA-lar döyüş əməliyyatlarında Türkiyə ordusu və müttəfiqlərinin əsas zərbə gücü kimi uğurla sınaqdan çıxıb. 

Azərbaycan Müdafiə naziri Zakir Həsənov mart ayında keçirdiyi xidməti müşavirədə İdlib döyüşlərinin təcrübəsinin öyrənildiyini və Türkiyədən yeni silahların alınması üçün iş getdiyini deyib. Məlum olduğu kimi, bütün yeni silahlarla bağlı əsas etimad göstəricisi onların real döyüş əməliyyatlarında iştirakı və sınaqdan uğurla çıxması ilə ölçülür. Türkiyə silahları isə ilin əvvəlindən bu yana iki müxtəlif regionda fərqli vaxtlarda baş verən döyüşlərdə uğurla sınaqdan keçib. İdlib və Liviya döyüşlərində Türkiyə PUA-ları dəqiq zərbələr və çevik hərəkətləri ilə döyüşlərin taleyini həll edib. İdlibdə hava sahəsi Türkiyə ordusuna bağlandığı üçün faktiki olaraq hava əməliyyatlarını PUA-lar həyata keçirib. Liviyada isə general Haftarın döyüş təyyarələrinə və “Pantsir” HHM sistemlərinə qarşı Türkiyə PUA-ları açıq üstünlük əldə edib. Nəticədə müharibənin taleyi Türkiyənin müttəfiqlərinin xeyrinə dəyişib. 

Qeyd edək ki, Türkiyə ilk dəfə 1990-cı illərdə İsraildən HERON, ABŞ-dan isə GNAT PUA-ları alıb. Lakin 2000-ci illərdə Ankaranın ABŞ-dan GNAT-ın silahlı variantı olan “Predator” və “Repaer” SİHA-larını almaq cəhdi Vaşinqton tərəfindən rədd edilib. 

2006-cı ildə Türkiyə və İsrail arasında PUA satışı ilə bağlı razılıq əldə olunsa da, Ankara və Tel-Əviv arasında münasibətlərin soyuması nəticəsində Türkiyə yalnız beş ildən sonra İsraildən ilk PUA-ları ala bilib. Ancaq sifarişlərin siyasi səbəblərlə ləngiməsi, eləcə də İsrail PUA-larının motor və kameralarında çatışmazlıqlar səbəbindən Ankara yerli PUA istehsalına sərmayə qoymağa başlayıb.

Beləliklə, 2009-cu ildə yerli istehsal olan “Bayraktar”, 2011-ci ildə isə ANKA PUA-ları istifadəyə verilib. İlk PUA-lar daha çox kəşfiyyat, rabitə kimi istiqamətlərdə olsa da, tezliklə bu funksiyalar genişlənib və Türkiyənin ilk silahlı PUA-ları (Türkcə SİHA – Silahlı İnsansız Hava Aracı – red.) yaradılır. SİHA-lar raket və bomba daşıya, onları müvafiq hədəflərə yönəldə bilirdi.

2014-cü ildə Səlcuk Bayraktar Türkiyə dövlətindən PUA istehsalı ilə bağlı sifariş alıb. Və tezliklə bir neçə PUA modelləri Türkiyə ordusunun istifadəsinə verilib. Hazırda Türkiyə həm ölkə daxilində, həm də xaricində antiterror, o cümlədən Suriya və Liviyada döyüş əməliyyatlarında PUA-lardan istifadə edir və bu sahədə dünyada üçüncü sıradadır.

Hazırda əsas güc silahlı PUA-lar hesab olunur. Türkiyənin ANKA PUA-larına ilk dəfə 2017-ci ildə silah daşımaq funksiyası əlavə olunub. Hazırda ANKA PUA-larında raket daşımaq və onları hədəfə almaq funksiyaları yaradılır. ANKA-lar “Türk Havacılık ve Uzay Sanayii A.Ş.” (TUSAŞ) şirkəti tərəfindən istehsal olunur. Hazırda ANKA PUA-ları 200 kiloqrama qədər mərmi daşıya bilir. Bu silahlar əsasən “Roketsan” şirkətinin istehsal etdiyi “ağıllı” mərmilərdən ibarətdir. Lakin yerli istehsal SİHA-ların motorları xaricdə istehsal olunur.

Daha bir yerli istehsal PUA “Vestel” şirkətinin hazırladığı “Karayel” adı verilmiş SİHA-dır. 2017-ci ildə istehsal olunan “Karayel”in 120 kiloqrama qədər mərmi daşımaq potensialı var.

AKSUNGUR PUA-ları TUSAŞ tərəfindən ANKA layihəsi üzərində hazırlanmış orta yüksəklik və uzun zaman havada qalma xüsusiyyətinə malik hərbi texnikadır. Bu PUA-lar 30 min fut yüksəkliyə qalxma imkanına sahibdir. Daha bir üstünlüyü isə motorunun yerli istehsal olmasıdır. AKSUNGUR yerli istehsal olan iki ədəd dizel “PD-170” motoru ilə çalışır. PUA-ya quraşdırılmış altı ədəd buraxıcı qurğu vasitəsilə 24 ədəd “MAM-L” mərmiləri daşınır.

AKSUNGUR eyni zamanda dörd ədəd “Teber-81” və ya iki ədəd “Teber-82” lazer izləməli mərmilərini daşıya bilir. AKSUNGUR 3300 kiloqram ağırlığa malik, 750 kq hücum, post xidməti yükü ilə 12 saat, 150 kq sinqal kəşfiyyat yükü ilə 24 saat havada qalmaq imkanına malik modern PUA-dır. 

Qanadlarının uzunluğu 24 metrdir.

ANKA-S kəşfiyyat, izləmə, hədəf təyin etmə imkanlarına malik, döyüş tapşırıqları yerinə yetirən PUA-dır.

Bu PUA-lar gecə-gündüz, hər cür hava şəraitində kəşfiyyat, izləmə, sabit hərəkətli hədəfi müəyyən etmə, tanıma və görüntülü məlumat toplama imkanlarına malikdir. 30 min fut yüksəkliyə qalxa bilən, 200 kq mərmi daşımaq imkanına və 24 saat havada qalma kimi inkişaf etmiş xüsusiyyətlərə sahibdir. 2019-cu ilin yanvarından 10 ədəd ANKA-S Türkiyə ordusunun istifadəsinə verilib. 

AKINCI pilotsuz hücum qurğusu öz sinifində ən yüksək imkanlara malik PUA sistemlərindən biridir. AKINCI-nın uzunluğu 12,2 metr, qanadlarının uzunluğu 20 metrdir. Bu qurğu 40 min fut yüksəkliyə qalxma və 24 saat ərzində dayanmadan havada qalma imkanlarına sahib olacaq. 5550 kq çəkisi olan bu qurğular 1350 kq faydalı yük daşıya biləcək.

“ALPAGU BLOK-II” sabit qanadlı zərbə PUA-sıdır. STM firmasının istehsalı olan döyüş əməliyyatlarında bir nəfərin daşıya və işə salması mümkün olan platforma üzərində qurulmuş silahdır. 1,9 kq döyüş başlığına sahib olan bu mərmilər 3500 metr yüksəkliyə, 10 km məsafəyə uça bilir və uçuş müddəti 20 dəqiqədir.

“Çağatay” (CGT45-UAV) 2018-ci ildə istehsal olunub. İki versiyası var. Şaquli qalxma və uçuş meydançasından qalxma imkanına sahib versiyalar... 3,4 metr uzunluğa və 4,5 metr qanad uzunluğuna sahibdir, 14 saata qədər havada qala bilir. 45 kq ağırlığı olan PUA-lar 12 kq-ya qədər faydalı yük götürə bilir. Eyni zamanda 120 km uzağa və 18 min fut yüksəkliyə qalxa bilir.

Türkiyə ordusunun “gözü”, son əməliyyatlarda ciddi uğurlara imza atmış əsas silahı “Bayraktar” PUA-larıdır. İki “Bayraktar” modeli məlumdur. “Bayraktar” PUA 24 min fut (22,5 əməliyyat yüksəkliyi) hündürlüyə qalxma, 24 saat uçuş müddətinə, 150 km rabitə məsafəsinə malikdir. Uzunluğu altı metr, qanadlarının uzunluğu 12 metr olan PUA-lar 650 kq maksimum uçuş ağırlığı və 50 kq yük daşıma qabiliyyətinə malikdir. 

“Bayraktar TB2” modeli isə əvvəlki modeldən daha yüksəyə qalxma (25 min fut) və 27 saat havada qalma imkanları ilə irəli gedib.

Türkiyədə antiterror əməliyyatlarında istifadə olunan SİHA-ların bu günə qədər üç mindən çox terrorçunu məhv etdiyi bildirilir.

Türkiyə PUA-larının (SİHA) Suriyada işlək vəziyyətdə olan “Pantsir” HHM sistemini məhv etməsi dünyada ciddi müzakirə olunub.

“Bayraktar TB2” modellərinin – silahlı və silahsız olmaqla - 2019-cu ildən etibarən Türkiyə Silahlı Qüvvələri, Jandarma, kəşfiyyat və digər orqanlarında 86 ədədi mövcuddur. Bundan başqa Qətər və Ukraynaya hər birinə altı ədəd “Bayraktar” PUA-ları satılıb. 

Son xəbərlər

Bolqarıstanın birinci xanımı milli mətbəximizlə tanış oldu - FOTO

İsrail müharibə variantını seçdi – Qəzzada savaş başa çatacaq, yoxsa...

Paşinyan Rusiyadadır - Yenilənib

Hakimi təhqir etdi, 5 oyunluq cəza aldı

Mövlam Şixəliyev haqda son qərar verildi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

“Qarabağ” və “Neftçi” cərimələndi

Prezidentlərin təkbətək görüşü başladı

Qəza prokuror Bakıya gələrkən olubmuş - Təfərrüat

“Səs yazısı yayılan bağça müdiri əmək qabiliyyətini itirib” - Rəsmi açıqlama

Uğur, pul və sevgi: May ayı bu bürclər üçüninanılmaz şanslı olacaq

Ukraynanın bütün ərazisində hava hücumu XƏBƏRDARLIĞI

Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər

Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırıldı

Paşinyan istefa verməyə hazırlaşmır

Bu vərdişləri tərgidin, yoxsa...

Bakıda hoteldə 4 nəfər zəhərləndi - 2-si öldü

“Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Milli Məclis Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanunu qəbul edib

Meyxanaçı ilə aparıcının toyudur

Tərtər məktəbliləri arasında dava - 1 nəfər öldü

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

Gənc nəsil üçün yeni imkanlar açılır - Emin Əmrullayev

Bayden və II Abdullah Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Bütün xəbərlər