{category-title}

 

İsrailin hərbi sənaye şirkəti Azərbaycanla daha 13 milyon dollarlıq müqavilə bağladı
İsrailin “Aeronautics Defense Systems Ltd.” şirkəti Azərbaycanla yeni müqavilənin bağlandığını elan edib. Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu bəyanat şirkətin ixrac lisenziyasının bərpa edilməsindən iki həftə sonra verilib.

Bəyanata əsasən Azərbaycanla imzalanmış 13 milyon dollarlıq müqavilə “Orbiter 1K” kamikadze-dronlarının “təmir işlərini” nəzərdə tutur və iki il ərzində yerinə yetirilməlidir.

“Aeronautics Defense Systems Ltd.” şirkəti iki il əvvəl Azərbaycana “Orbiter 1K” kamikadze-dronlarının satışı ilə bağlı qalmaqalla üzləşmişdi. Belə ki, şirkətin iki meneceri həmin dronları Azərbaycan tərəfinə təqdim edərkən qaydaları pozmuşdu. Bildirilirdi ki, Azərbaycan tərəfi dronların göstəricilərinə əmin olmaq üçün israillilərdən onu təmas xəttində erməni mövqelərində tətbiq etməyi istəyib.

Dronla erməni postu vurulsa da ciddi itki baş verməyib. Bu məsələnin üzə çıxmasından sonra şirkətin Azərbaycanla əməkdaşlığı dayandırıldı və təhqiqat başladı. Nəhayət iki həftə əvvəl İsrail hökuməti şirkətin ixrac lisenziyasını bərpa etdi, amma üç yüksək rütbəli əməkdaşını ixrac əməliyyatlarından kənarlaşdırdı.

“Orbiter-1K” kamikadze-dronları 2.5 kiloqram ağırlığında döyüş başlığına malikdir və üç saata yaxın havada qalır. Aparat sutkanın gecə və gündüz saatlarında işləyə bilən kamera ilə təchiz edilib. Döyüş sursatının buraxılması katapultun köməyi ilə həyata keçirilir.

Azərbaycan artıq İsraildən “Orbiter-1K” dronlarının iri partiyasını alıb. Habelə İsraillə əməkdaşlıq şəraitində “Zərbə” kamikadze-dronlarının seriya istehsalını təşkil edib. Azərbaycan ordusu pilotsuz kəşfiyyat və döyüş aparatlarının geniş çeşidinə malikdir.
 

Son xəbərlər

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu birgə müsabiqə elan edəcəklər

İtaliyanın 75-ə yaxın şəhərini etiraz aksiyaları bürüyüb

Misir Prezidentİ britaniyalı fəalı əfv edib

Putin: Rusiya istənilən təhdidə cavab verməyə hazırdır

Pakistanda hava zərbəsi nəticəsində 23 nəfər həlak olub

Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir

Məhkəmədə Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edilib

Roland Prays: "Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq"

İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək - RƏSMİ

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Yasamal rayonunda yerləşən çoxmənzilli binada yanğın olub - YENİLƏNİB

Bakının bir sıra yollarında tıxac yaranıb

Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib - YENİLƏNİB

Prezidentlərin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Formula 1-in müddəti uzadıldı - 2030-dək Bakıda keçirləcək

Ruslar Ukraynada daha iki kəndi işğal etdilər

Hərbi jurnalist Şəmistan Nəzirli vəfat edib

Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib

Zəngəzur dəhlizilə bağlı təfərrüatlar bu danışıqlarda dəqiqləşəcək

Prezidentdən Dövlət Suverenliyi Günü paylaşımı - Video

Azərbaycanda Dövlət Suverenliyi günüdür

KİV: Trampın helikopteri Londonda təcili eniş edib

Qriqoryan: Aİ ilə Ermənistan arasında dialoq başlayıb

Rusiyalı nazir müavini: Qızılın qiyməti artacaq

Bütün xəbərlər