{category-title}
Gündəm / İqtisadiyyat
3.06.2020, 09:27
"Brent" neftinin qiyməti 40 dolları keçib
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 1,52% artaraq 1 barelə görə 40,17 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 2,50% artaraq 37,73 dollar təşkil edib.