{category-title}

ETSN Binəqədi rayonunda ağacların kəsilməsi ilə bağlı araşdırma aparıb

 

Ekologiya Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə ağacların kəsilməsi ilə bağlı daxil olan məlumatlar əsasında araşdırma aparılıb.

 

Metbuat.az xəbər verir ki, Xidmətin rəisi Hikmət Əlizadənin jurnalistlərə verdiyi məlumata görə Binəqədi rayonu, 18-ci Dağlıq kücəsi 1 ünvanında “Mahal” MTK tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi zamanı müxtəlif diametrli 8 ağacın kəsilərək dibinin betonlandığı və təbiətə 17 800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Binəqədi rayonu, 9-cu mikrorayon, Mirmahmud Kazımovski küçəsində isə müxtəlif diametrli 7 ağacın kəsildiyi və təbiətə 17 100 manat məbləğində ziyan dəydiyi məlum olub.

H.Əlizadənin sözlərinə görə, hər iki fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmışg sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

Nazirlik rəsmisi bildirib ki, əsasən paytaxtda bəzi sahibkarlar, ayrı-ayrı şəxslər tərəfindən təəssüf ki, ağac kəsintisinə hələ də yol verilir:

"Tikinti şirkətləri yaşıllıq sahələrinə həssas münasibət göstərmir, tikinti və abadlaşdırma zamanı yaşıllıqların yerləşdiyi ərazilər nəzərə alınmır. Ona görə də belələrinə qarşı ictimai qınağa və güclü təbliğat işinin aparılmasına ehtiyac var.

Sahibkarlara müraciət edirik ki, yaşılıq sahələrinin genişləndirilməsinə daha çox ehtiyac olduğu paytaxtda və Abşeron yarımadasında tikinti və abadlıq işləri apararkən yaşıllıqları nəzərə alsınlar, ağac kəsintisinə yol verməsinlər. Biz sahibkarlardan, tikinti şirkətlərindən ağac kəsməyi deyil, əksinə, ağac əkməyi, təbiətə töhfə verməyi gözləyirik”.

Son xəbərlər

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

FHN: Küləkli havada dənizə girmək təhlükəlidir

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Ukrayna PUA-ları Yaroslavl vilayətində Rusiyanın ən iri neft emalı zavodlarından birini hədəf alıb

Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

“Qızıl top”a əsas namizədlər bəlli olub

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

Bütün xəbərlər