{category-title}

x

Azərbaycan əsilli milyarderlərin nə qədər pulları var və ölkəmizə necə dəstək olurlar? - SİYAHI

 

Dünyanın məşhur nəşrlərindən olan “Forbes” jurnalının hazırladığı “Dünyanın ən varlı insanları” adlı sonuncu hesabatda 5 Azərbaycan əsilli şəxsin də adı yer alıb.
Yeniavaz.com xəbər verir ki, 1 milyard dollardan çox sərvətləri olan 2 119 nəfərin yer aldığı siyahıda Azərbaycan əsilli milyarderlərin ümumi sərvəti 27,7 milyard dollara bərabər olub.
Siyahıda yer alan Azərbaycan əsilli milyarderlərin 5-i də Rusiyada vətəndaşlarıdır. Onların içərisində ən çox sərvəti olan Vahid Ələkbərov hesab olunur. Dünyanın ən varlı şəxsləri arasında 53-cü, Rusiyanın ən varlı şəxsləri arasında isə 4-cü sırada yer alan Vahid Ələkbərovun ümumi sərvəti 19,4 milyard dollar həcmində dəyərləndirilir. “Lukoil” neft şirkətini sahibi olan 70 yaşlı Vahid Ələkbərovunsərvətinin ötən illə müqayisədə 2,6% və ya 528 milyon dollar azaldığı bildirilir.
Dünyanın ən varlı şəxslərinin siyahısında 871 və 872-ci sıralarda daha iki Azərbaycan əsilli milyarder yer alıb. Rusiyada daşınmaz əmlak sahəsində fəaliyyıt göstərən Qod Nisanov və Zarax İliyevin hər birinin 2,6 milyard dollar sərvətinin olduğu qeyd olunur. Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olublar.
“Forbes” jurnalının siyahısında 1431-ci sırada olan Araz Ağalarovun ümumi sərvəti isə 1,7 milyard dollar həcmində qiymətləndirilir. "Krokus" şirkətinin sahibi olan 65 yaşlı Araz Ağalarov da Rusiyada daşınmaz əmlak sektorunda fəaliyyət göstərir.
“Dünyanın ən varlı insanları”nın siyahısında 1702-ci sırada qərarlaşan 65 yaşlı Fərhad Əhmədovun isə 1,4 milyard dollar sərvətə sahib olduğu bildirilir.
Onu da qeyd edək ki, həm dünyanın, həm də Rusiyanın ən varlı şəxsləri arasında yer alan Azərbaycan əsilli milyarderlərdən biri olan Qod Nisanov Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılan “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ən çox ianə edən şəxs olub. Qod Nisanov Fonda 2 milyon manat vəsait köçürüb.
Qeyd edək ki, Qod Nisanovdan başqa digər Azərbaycan əsilli milyarderlərin adına Fonda pul köçürən fiziki şəxslərin siyahısında rast gəlmək olmur. Yalnız, Vahid Ələkbərova məxsus olan “LUKOYL-Azərbaycan” şirktəti Fonda 170 min manat, Fərhad Əhmədova məxsus olan “Teymur Əhmədov adına AzNar” QSC isə Fonda 1 milyon manat köçürüb.

Son xəbərlər

Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu

Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"

Mais Məmmədov: Zamanın fövqündə duran lider: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycanın sarsılmaz yüksəliş yolu

Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur

Sabah 23 dərəcə isti gözlənilir

Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"

İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

WUF13-ün proqramı açıqlanıb

Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət

Bu günün valyuta məzənnələri

Krıma PUA hücumu zamanı beş nəfər ölüb

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Sumqayıtda avtomobil yolu çöküb

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI

Bütün xəbərlər