{category-title}

“Afaq Bəşirqızı düz söz dediyinə görə ayaqlar altına atmaq istəyirlər”

 

Bir müddət əvvəl düz söz dediyinə görə Afaq Bəşirqızını başlarının üzərinə qaldıranlar bu dəfə yenə düz söz dediyinə görə onu ayaqlarının altına atmaq istəyirlər. Niyə? Çünki KÜTlə səndən DÜZ danışmağını istəmir, onun xoşuna gələn tərzdə danışmağını istəyir. Amma əsl cəsarətli insan odur ki, öz fikirləşdiyini deyərkən hakimiyyətdə olanlardan çəkinmədiyi kimi, KÜTlədən də qorxmasın. Ona görə, kütlə cəsarətli insanları əslində heç vaxt tam sevməyəcək. Ümumiyyətlə, onun sevgisi lənətin bir növüdür, hər an başqa tərəfini çevirə bilər.
 
Afaq xanım nə deyib ki? Onun ifadə tərzilə işim yox, mahiyyətinə baxıram. İstənilən ölkədə kəndli və şəhərli olmalıdır. Kəndli kəndliliyini etməli, öz işilə məşğul olmalı, torpağını əkməli, heyvanını saxlamalı, imkan düşən kimi, qaçıb şəhərdə kirayə otaq tutub, taksi sürmək arzusu ilə yaşamamalıdır. Bizdə kəndli kəndli olmağı bacarmır və ən pisi, istəmir. Halbuki, kəndli olmaqda pis və ayıb heç nə yoxdur, əksinə, kənd - iqtisadiyyatın çox vacib seqmentidir. Xəstə urbanizasiyadan və urbanizasiya xəstəliyindən sağalmanın dərmanı olmalıdır kənd. Amma bizdə əksinədir: Kəndli ələbaxanlığa öyrəşib, işləmək, təsərrüfat qurmaq istəmir, dövlətdən ianə gözləyir. Halbuki, torpaq onun əlindədirsə, heç bir ianəyə ehtiyacı olmamalıdır. Kəndli qaçıb şəhərdə taksi sürmək, fəhləlik etmək haqqında yox, öz torpağında inək saxlamaq, kartof əkmək haqqında düşünməlidir.
 
Afaq xanımın dediyi bir az kobud tərzdə alınsa da, bax, bütün bunlardır. Kobud alınmasına qarışmıram - hər kəs öz fikirini ifadə etməkdə sərbəstdir. Amma mahiyyətilə yüzdə-yüz razıyam!
 
Vüsal Məmmədov

Son xəbərlər

Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır

Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib

Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib

Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb

Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır

BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır

Tramp iki günlük səfərindən sonra Çini tərk edib

İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib

Azad Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq

Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır

Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL

Sabah 30 dərəcə isti olacaq

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib

Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub

Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi

Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Bütün xəbərlər