{category-title}

“Mən düzgün demişəm, gəlib “novostroyka”nın zirzəmisində uşaq əkirlər…” - Afaq Bəşirqızı

 Xalq artisti Afaq Bəşirqızının “Rayondan gəlib zirzəmidə şikəst uşaq əkib-doğurlar" ifadəsi səs küyə səbəb olub.

Onun bu sözləri sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb, sənətçi tənqid atəşinə tutulub.
Saytımıza danışan aktrisa onu tənqid edənlərə cavab verib:
“Əvvəla o cümləm kontekstdən çıxarılıb. O tamamilə başqa bir müsahibə idi. Həmin müsahibədə mənim yaradıcılığımdan söhbət gedirdi, tamaşanın təhlilindən danışırdım, bu mövzu ətrafında müsahibəm davam edirdi. Bunlar arada verilən suallar idi və mən o sualların hamısına düzgün cavab vermişəm.
Siz özünüz də daxilinizdə bilirsiniz ki, mən düzgün demişəm. Mənim üçün fikirlərimə yazılan şərhlər heç maraqlı deyil və oxumuram. Həmin yazı qərəzli şəkildə verilib. Millətin belə çılğın, əsəbi vəziyyətində bu yazını yayıblar. Yazırlar ki, Afaq Bəşirqızı deyir ki, “podyezlərdə” doğur. Siz həmin müsahibənin bütöv versiyasına baxın, görün orada “podyezdə” doğmaq söhbəti olub?! Başlığa belə şeylər yazırlar.
Mən demişəm ki, insanlar cavan evlənirlər, gəlirlər “novostroyka”nın zirzəmisində uşaq əkirlər, o da olur şikəst. Sonra da düşürlər verilişlərin canına ki, bu uşağı müalicə etməyə yardım edin. Yalan demişəm?! Düzgün danışmışam mən. Bu dəqiqə millətin ən qlobal dərdi budur. Şəhər kəndə qarışıb, kənd də şəhərə. Əvvəla Afaq vətən, millət dərdi çəkəndə, elə insanlar, hansı ki, mən onları heç insan da adlandırmaq istəmirəm, onlar harada gizlənmişdilər bilinmirdi! Deyirlər, məni tənqid edirlər, tək balamın canı üçün o şərhləri heç oxumamışam. Amma qulağıma gəlib çatıb. Elə o şərhləri yazanlar haqqında danışmışam mən ona görə onlara belə təsir edir”.
Xatırladaq ki, müsahibədə “Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı – işğal olunan rayonları nəzərdə tutmuram – qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “Novostroyka”nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük”. –deyə A.Bəşirqızı bildirmişdi.(yenisabah.az)

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər