{category-title}

8103-ə yalan mesaj yazan 20 nəfər saxlanıldı

 

Ötən sutka ərzində dəfndə iştirak etmək adı ilə 8103 qısa nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən 20 nəfər polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək saxlanılıb.

 

Pressxeber.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Xüsusi Karantin Qaydalarının Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" olan 8103 qısa nömrəsinə dəfndə iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək üçün qanunsuz yerə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslər daxili işlər orqanlarının əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək saxlanılıblar.

Təkcə ötən sutka ərazində paytaxt Bakı və Respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 20 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar polis idarə, şöbə və bölmələrinə gətiriliblər.

Həmin şəxslərdən 19-u barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbirlər görülüb və onlar 100 manat məbləğində cərimə ediliblər. Bir nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada 10 sutka həbs edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Psossesual Məcəlləsinin 19-cu maddəsinə əsasən yaxın qohumlar nənə-babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr aid edilir.

Nəzərinizə çatdıraq ki, 8103 nömrəsinə edilən hər bir müraciət ciddi araşdırılır. Odur ki, vətəndaşlardan bu xidmətdən süi-istifadə etməmək tələb olunur. Əks halda bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.

Son xəbərlər

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub

Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Əli Əsədov Oljas Bektenovu təbrik edib

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq

Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb

Bütün xəbərlər