{category-title}

Koronavirus təkcə fiziki təhlükə deyil, başqa risk də var – HAZIRLIQLI OLAQ

 

“İnsanların biri-birilərinə qarşı daha dözümsüz, təcavüzkar davranışları üstünlük təşkil edəcək”

Koronavirusa yoluxma və ölüm halları insanlarda həm də psixoloji problemlərə yol açır ki, bu da əlavə xəstəliklərə səbəb ola bilər. Digər tərəfdən, insanların uzun müddət qapalı mühitdə qalması və təcrid olunması böyük psixoloji pozuntulara gətirib çıxara bilər.

Mövzu üzrə AYNA-nın suallarını psixoloq Tariyel Faziloğlu cavablandırıb.

– Tariyel bəy, pandemiya və ondan dolayı görülən tədbirlər hansı psixoloji problemlərə yol aça bilər?

– İlk növbədə koronavirus ölüm qorxusunu artırır ki, bu da insanlarda ciddi qorxuya səbəb olur. Bunun nəticəsində də stress faktoru yüksəlir və nəticədə bir çox psixoloji pozuntulara gətirib çıxarır. Buna təşviş pozuntuları, obsessiv-komplusiv pozuntular, hallusinasiyalar və aqressiyanın yüksəlməsi nəticəsində yaranan psixozlar aiddir. Psixoloji pozuntuların hər biri isə ayrı-ayrılıqda cidd təhlükələrdir. Amma hal-hazırda əsas təhlükə bunların ayrı-ayrılıqda yox, insanlarda buket şəklində formalaşmasıdır. Hətta dünya mətbuatında virusla bağlı statistikalar daha dəqiq, daha aydın verildiyi üçün insanlar bu statistikaları izləyəndən sonra intiharların sayı günü-gündən sürətlə artır. Bunun əsas səbəbləri yenə də psixoloji pozuntulardır. İkincisi isə psixozun, əsasən ailədaxili münasibətlərə mənfi təsir göstərməsidir. Yəni ki, ailədaxili münasibətlərdə şiddət artır və bunun nəticəsində cinayətlərin sayı çoxalır, boşanmaların sayı yüksəlir və ailə insitutu gərginlik fonunda ciddi şəkildə zədələnir. Hazırda dünyada boşanmaların sayı, ən azı dörd dəfə artıb. Azərbaycanda bu rəqəm dörd dəfə olmasa da, ən azı iki dəfə olacaq.

 Koronavirus təhlükəsi sovuşandan sonra məhdudiyyətlər aradan qalxacaq. Bu müddət ərzində insanların özlərinə qapanması gələcək ünsiyyət vasitələrinə mənfi təsirlər göstərə bilərmi?

– Əlbəttə ki, göstərəcək. Çünki burada iki faktor əsas rol oynayır: Birincisi odur ki, insanların sosial ünsiyyət ehtiyacları ödənmədiyi üçün karantindən sonra həmin ehtiyac aclıqlarını bir anda doyurmağa çalışacaqlar. Bu zamanda insanların biri-birilərinə qarşı daha dözümsüz, təcavüzkar davranışları üstünlük təşkil edəcək. Bu da nəticə etibarilə insanlar arasında aqressiyanı yüksəldəcək ki, aralarındakı münasibətlər daha aqressiv, daha şiddətə meyilli və daha qəddar olacaq.

– Bu amylin daha ciddi fəsadlara gətirib çıxarması mümkündür?

– Bəli. Məsələn, deyək ki, iki nəfərin uzun müddətdir ki, sevgi münasibətləri var və təcrid dönəmlərində görüşə bilməyiblər. Bu dönəm bitdikdən sonra isə biri-biriləri ilə daha çox zaman keçirmək istəyəcəklər. Bu da onların arasındakı münaqişənin artmasına səbəb ola bilər. Yaxud da dostluq münasibətləri olan insanlar kütləvi məkanlarda yğışarkən, onlardan biri evə getmək istəyəndə digərləri ona təzyiq göstərəcək, qorxaqlıqda ittiham edəcək. Təbii ki, bu da ciddi şəkildə münaqişələrə gətirib çıxaracaq. Bildiyimiz kimi, virus Çindən yayılmağa başladı. Çin modelinə əsasən, problemi maksimum dərəcədə iki ay ərzində həll etməyə çalışdılar. Səbəb də bu idi ki, insaların psixoloji pozuntularının maksimal müddəti iki ayı keçməməlidir. Çünki bu müddət iki ayı keçsə, insanların virusdan daha artıq zərər görə biləcəklərini iddia edirdilər. Ona görə də sosial təcridi cəmi iki ay ərzində aradan qaldırmağı planlaşdırmışdılar. Çünki hələ iki ay ərzində Çində boşanmaların sayı əvvəlki illərə nisbətən dörd dəfə artdı.

– Vətəndaşlar indiki təcrid vəziyyəti nəticəsində qeyd etdiyiniz problemlərdən əziyyət çəkməmək, psixoloji baxımdan sarsılmamaq üçün nə etməlidirlər?

– İnsan beyninin özünəməxsus funksiyası var. Yaşadığımız həyat tərzinə uyğun olaraq beynimiz gündəlik trayektoriya cızır və zaman bölgüsü aparır. Bu zaman bölgüsünə görə də biz hərəkət edirik. Qəfildən həmin trayektoriyanın pozulması və gündəlik aldışdığımız həyat tərzinin tamamilə başqa bir formaya məruz və məcbur qalması nəticəsində beynimzdə formalaşan zaman trayektoriyası bizi narahat etməyə başlayır. Ona görə də insanların bu trayektoriyanı aldataması lazımdır. Bunu etmək üçün insanlar həmişə olduğu kimi eyni vaxtda yuxudan durmalı, idman etməli, duş almalı və səhər yeməyi yeməlidirlər. Bununla yanaşı, özləri üçün evdə iş proqramı cızmalıdırlar. Bu proqram isə fərdi inkişaf da ola bilər, fiziki inkişaf da. Hətta gündəlik yemək saatları da bu proqrama daxil ola bilər. Yəni insanlar iş həyatlarında necə ediblərsə, eyni ilə hərəkət etməlidirlər. Sadəcə olaraq bu hərəkətləri təcrid şəraitinə uyğun tənzimləməlidirlər. Günün bəlli saatlarında isə sosial ailə saatları tətbiq etməlidirlər.

Digər tərəfdən, evdar xanımların da evləri ilə bağlı gündəlik ritualları var. Amma eyni anda həm uşaqlar, həm həyat yoldaşı evdə qalanda onun bütün planı pozula bilər və bu da daxili aqressiyaya gətirib çıxara bilər. Ona görə də xanımlar bacardıqca daha çox yoldaşı və uşaqları ilə zaman keçirməyə çalışsınlar və dağınıqlığa fikir verməsinlər. Kişilər də həyat yoldaşlarının gündəlik rituallarına müdaxilə etməsinlər. Çünki bu müdaxilələr münaqişələrə gətirib çıxara bilər. Bununla yanaşı, insanlar evdə qaldıqları müddət ərzində 1200, 1300 kaloridən artıq qida qəbul etməsinlər. Çünki 1200, 1300 kalori bədənin immunitet sistemini normada saxlayan kaloridir. Ondan aşağı kalori immunitetin aşağı düşməsinə, çox kalori isə kökəlməyə gətirib çıxara bilər. Həm də gündəlik fiziki hərəkətlərlə məşğul olmaq lazımdır. Çünki fiziki hərəkətlər sinir sistemlərinin zədələnməsini müəyyən qədər ləngidə bilər.

Son xəbərlər

BƏƏ-də yaralananların sayı 178 çatıb

"Fars" agentliyi: SEPAH Dubayda 21 ukraynalının olduğu antidron sistemlərinin anbarını məhv edib

Türkiyə Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü: Qlobal böhranlar fonunda Zəngəzur dəhlizinin tez açılması vacibdir

DTX Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü ilə bağlı videopaylaşım edib

Şamaxıda güclü leysan avtomobillərin hərəkətinə çətinliklər yaradıb

Omanın Salala limanı PUA hücumuna məruz qalıb, bir nəfər yaralanıb

İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib

Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək

Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Beynəlxalq səyyahlar Şuşaya gəliblər

Azərbaycana soyuqlar gəlib

Bakının ən rahat iş tapılan rayonları - SİYAHI

Ağdamda 41 yaşlı kişi minaya düşüb

Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur

Araqçı Azərbayacana təşəkkür etdi

Türkiyənin 140 min ton neftlə yüklü tankeri dronla vurulub

KİV: ABŞ neftin qiymətinin 200 dollara qədər yüksələcəyi ssenarisinə hazırlaşır

Hakan Fidan Suriya, Qətər və özbəkistanlı həmkarları ilə regiondakı gərginliyi müzakirə edib

Göyçayda qamışlıq və yabanı kolluq ərazidə yanğın olub

Pezeşkian regiondakı vəziyyətlə bağlı mövqeyinə görə Ərdoğana təşəkkür edib

Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan dörd nəfər saxlanılıb

Sabah bəzi rayonlara yağış yağacaq

İsraildə İranın zərbələri nəticəsində 5 mindən çox insan yaralanıb

Bütün xəbərlər