{category-title}
Gündəm / Cəmiyyət
29.02.2020, 11:27
Azərbaycanda bu şəxslər koronavirusa yoluxa bilər - RİSK SİYAHISI
Ötən gün Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər İşçi qrupunun rəhbəri Vasif Əliyev Oxu.Az-a açıqlamasında bəzi şəxslərin daha ehtiyatlı olmasını tövsiyə edib.
O bildirib ki, ahıl insanlar daha çox risk qrupuna daxildir:
"Xüsusi olaraq, onkoloji xəstələr, xroniki xəstəliyi - diabeti, xroniki böyrək, ürək, qaraciyər çatışmazlığı olan, orqan köçürülmüş xəstələr, immunsupressiv dərman istifadə edənlər diqqətli olmalıdır. Onların müqaviməti zəif olduğu üçün koronavirusa daha tez yoluxa bilərlər”.
V.Əliyev əlavə edib ki, bəzi xəstələrin iki həftəyə sağalması mümkündür, bəziləri isə bu xəstəliyi daha şiddətli keçirə bilər.