{category-title}
Dünya
18.10.2021, 09:15
Tayvanda daşqınlar 4 nəfərin ölümünə səbəb oldu
Tayvanda daşqınlar nəticəsində Beyşo çayı daşıb.
Unikal.org "Taipei Times" qəzetinə istinadən xəbər verir ki, məktəblilərin təbiət gəzintisi zamanı 6 nəfər marşrutdan yayınıb və bəndin vasitəsi ilə daşan çayı keçmək istəyərkən suya düşüblər.
Bildirilir ki, hadisə nəticəsində onlardan ikisi uşaq olmaqla 4-ü həlak olub, 2 yeniyetmə itkin düşüb.
İtkin düşənlərin axtarışları davam etdirilir.