Hacı Salayev -  XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. May ayının 10-da 101 yaşını qeyd edəcəyimiz xalqımızın dahi şəxsiyəti, bütün türk dünyasının fəxri Heydər Əliyev məhz belə şəxsiyyətlər sırasında önəmli yer tutmuşdur.

Heydər Əliyev ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi, bütün dünyada yaxşı tanınmış və artıq öz sağlığında tarixə düşmüş nəhəng şəxsiyyətdir. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti minillik tariximizin ən nühüm, şərəfli və böyük bir mərhələsini təşkil edir. Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli anlarında xilaskarlıq simvoluna çevrilərək Azərbaycan xalqınıın ruhuna bir nəfəs kimi qayıdan, onu canı-qanı qədər sevərək hifz edən, milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına çiyinlərini heç nədən çəkinmədən mərdliklə verən xarqüladə şəxsiyyət olduğu aşkar görünür. Azərbaycanın müasir siyasi tarixinin bir çox səhifələri ulu öndər Heydər Əliyevlə, onun çoxtərəfli və genişmiqyaslı zəngin dövlətçilik fəaliyyəti ilə bağlı olmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas etmişdir.

Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyətdir və hamı onun nə dərəcədə əlçatmaz  olduğunu çox gözəl bilirdi.

 Heydər Əliyev 40 ili əhatə edən bir dövrdə Azərbaycan uğrunda öz əməli fəaliyyəti ilə, özü də planlı və məqsədyönlü şəkildə mübarizə və mücadilə aparırdı. Bu gün sərbəst yaşaya bildiyimiz məmləkətimizin – müstəqil Azərbaycanın təməl daşı Heydər Əliyevin ideya müəllifliyi və birbaşa başçılığı ilə qoyulmuşdur.

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı da dünyanın ən böyük azərbaycanlısı, Ulu Öndər Heydər Əliyevə məxsusdur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ürəyinin ən dərin qatlarına qədər Ümummilli lider olduğunu nümayiş etdirmişdir. Xalqımızın tarix boyu qərarlaşmış, milli dəyərlərinin bərpa edilməsi Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin, əxlaq normalarımızın, dinimizin, mənəviyyatımızın yüksəldilməsi, gənclərin milli ruhda tərbiyə edilməsi Heydər Əliyevin liderlik qayəsini müəyyən edən cəhətlərdən idi.

Bu gün Ulu Öndərin yolu onun layiqli varici Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir və ölkəmiz inamla irəli aparılır. Yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, milli maraqları qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev öz titanik fəaliyyəti ilə Azərbaycanı qüdrətli ölkəyə, dünyada söz və nüfuz sahibinə çevirir.

Xalq öz Prezidentinə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, ölkənin ərazi bütövlüyünün tam bərpası, Xankəndidə hərbi parad, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir. Bu və digər nailiyyətlərin əsasında Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik strategiyası, milli dövlətçilik konsepsiyası dayanır.

Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

  

Son xəbərlər

“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?

Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub

Lamiyə Vəliyeva dünya çempionu oldu

Sabah hava belə olacaq

Özünü asan qız son anda xilas edildi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR

BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb

BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr

Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq

May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?

Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib

Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar

Belarus Prezidenti Füzuli rayonuna səfər edib

Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir

"Manaf Manafovu deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI

Bütün xəbərlər