Ədalət Hacıyev: Heydər Əliyevin ideyaları əsasında inkişaf edən müstəqil Azərbaycan
Ədalət Hacıyev
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru,
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
XX əsrin son onilliyində ölkəmizdə cərəyan edən ictimai-siyasi proseslərin birbaşa məntiqi nəticəsi və başlıca siyasi hadisələri sırasında Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının yaranması özünəməxsus yer tutur. Onun yaranması hər şeydən əvvəl zamanın çağırışlarına və ölkəni real təhlükələrdən xilas etməyə qadir olan lider axtarışlarına cavab reaksiyası kimi qiymətləndirilməlidir. Həmin dövrdə Azərbaycan xalqı və Azərbaycan ziyalıları ölkənin düşdüyü çətin vəziyyətdən çəxartmaqın, daxili qarşıdurmanın, vətəndaş müharibəsinin qarşısının alınmasının yeganə yolunun Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişində gördülər. Həmin dövrdə gələcəyin ən güclü siyasi partiyasının - YAP-in meydana çıxması, əslində, bir sosial sifariş, tarixi zərurət idi. Yeni Azərbaycan Partiyası həqiqi mənada əvvəldən nəzərdə tutulduğu kimi, tədricən ümumxalq partiyasına çevirmək mərhələsinə başladı, tamamilə yeni siyasi mədəniyyət daşıyıcısı kimi hamının diqqətini özünə cəlb etdi. Partiya bütün respublikada ictimai əsaslarla, yəni hec bir maliyyə imkanı olmadan fəaliyyət göstərirdi. Öz tarixi köklərinə söykənən müstəqil Azərbaycan cəmiyyətində siyasi sistem institutu bir təsisat olaraq 1993-cü ildən yeni, həm də çətin bir mərhələyə qədəm qoymağa başladı. Həmin il hakimiyyətə gələn Ulu Öndər mədəniyyətimizi, siyasi dəyərləri dağılmaq təhlükəsindən xilas etmiş oldu. Ümummilli liderin qətiyyətli addımları nəticəsində Azərbaycanın maddi sərvətləri, mənəvi dəyərlərı özünə qaytarıldı. Hələ o vaxt dahi rəhbər dilimizi, mənəviyyatımızı, milli-mənəvi dəyərlərimizi Azərbaycanın gələcəyi üçün qoruyub saxlamağın vacibliyini mühüm şərt kimi qarşıya qoyurdu. Dövlət siyasətinin səmərəlliyi bütün dövrlərdə Ulu Öndərimiz Heydər Əliyevin böyük diqqəti və qayğısı əhatəsində olmuşdur.
Ulu Öndərin yenidən siyasi hakimiyyətə qayıdışı bu dəfə suveren, müstəqil Azərbaycanın təməlini qoydu. Ulu Öndər ilk diqqəti məhz cəmiyyətin daxili resurslarına səfərbərliklə başladı. Cəmiyyətə yönələn müasir mütərəqqi ideyalar Ulu Öndər şəxsiyyətinin böyüklüyündən xəbər verirdi. Müstəqil dövlət qurmaq üçün vacib olan milli iradədən tutmuş iqtisadi imkanlar və beynəlxalq dəstək də daxil olmaqla, bütün şərtlər məhz Ümummilli liderin ideyaları ilə reallaşdı. Nəticədə öl¬kənin sərvətləri, iqtisadı, siyasi və mədəni potensialı, əlverişli geosiyasi vəziyyəti, zəngin neft-qaz yataqları və digər resursları həm müstəqil dövlət quruculuğunu, həm də Azərbaycanın regionda və dünyada özünə layiq yerini tutmasını şərtləndirirdi. Müstəqil dövlət qurmaq üçün vacib olan milli iradədən tutmuş iqtisadi imkanlar və beynəlxalq dəstək də daxil olmaqla, bütün şərtlər, demək olar ki, mövcud idi. Ölkənin sərvətləri, iqtisadı, siyasi və mədəm potensialı, əlverişli geosiyasi vəziyyəti, zəngin neft-qaz yataqları və digər resursları həm müstəqil dövlət quruculuğunu, həm də Azərbaycanın regionda və dünyada özünə layiq yerini tutmasını şərtləndirirdi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi sayəsində Azərbaycan öz müstəqilliyini əbədi və dönməz etdi. Bu uğurlu siyasətin nəticəsidirki, bu gün Azərbaycan qalib və güclü dövlət kimi dünya dövlətləri arasında oz layiqli yerini tutur.
Heydər Əliyev ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi, bütün dünyada yaxşı tanınmış və artıq öz sağlığında tarixə düşmüş nəhəng şəxsiyyətdir. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti minillik tariximizin ən nühüm, şərəfli və böyük bir mərhələsini təşkil edir. Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli anlarında xilaskarlıq simvoluna çevrilərək Azərbaycan xalqınıın ruhuna bir nəfəs kimi qayıdan, onu canı-qanı qədər sevərək hifz edən, milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına çiyinlərini heç nədən çəkinmədən mərdliklə verən xarqüladə şəxsiyyət olduğu aşkar görünür. Azərbaycanın müasir siyasi tarixinin bir çox səhifələri ulu öndər Heydər Əliyevlə, onun çoxtərəfli və genişmiqyaslı zəngin dövlətçilik fəaliyyəti ilə bağlı olmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas etmişdir.
Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyətdir və hamı onun nə dərəcədə əlçatmaz olduğunu çox gözəl bilirdi.
Heydər Əliyev 40 ili əhatə edən bir dövrdə Azərbaycan uğrunda öz əməli fəaliyyəti ilə, özü də planlı və məqsədyönlü şəkildə mübarizə və mücadilə aparırdı. Bu gün sərbəst yaşaya bildiyimiz məmləkətimizin – müstəqil Azərbaycanın təməl daşı Heydər Əliyevin ideya müəllifliyi və birbaşa başçılığı ilə qoyulmuşdur.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı da dünyanın ən böyük azərbaycanlısı, Ulu Öndər Heydər Əliyevə məxsusdur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ürəyinin ən dərin qatlarına qədər Ümummilli lider olduğunu nümayiş etdirmişdir. Xalqımızın tarix boyu qərarlaşmış, milli dəyərlərinin bərpa edilməsi Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin, əxlaq normalarımızın, dinimizin, mənəviyyatımızın yüksəldilməsi, gənclərin milli ruhda tərbiyə edilməsi Heydər Əliyevin liderlik qayəsini müəyyən edən cəhətlərdən idi.
Bu gün Ulu Öndərin yolu onun layiqli varici Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir və ölkəmiz inamla irəli aparılır. Yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, milli maraqları qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev öz titanik fəaliyyəti ilə Azərbaycanı qüdrətli ölkəyə, dünyada söz və nüfuz sahibinə çevirir.
Xalq öz Prezidentinə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, ölkənin ərazi bütövlüyünün tam bərpası, Xankəndidə hərbi parad, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir. Bu və digər nailiyyətlərin əsasında Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik strategiyası, milli dövlətçilik konsepsiyası dayanır.
Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.