{category-title}

Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL

Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın 16-da Türkiyəyə rəsmi səfər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra tərəflər mətbuat konfransı zamanı liderlər birgə bəyanatlarla çıxış ediblər. Mediada yer alan xəbərlərə görə, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

R.T.Ərdoğan da mətbuat konfransı zamanı bildirib ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir.

Kobaxidze isə öz növbəsində Bakı və İrəvanın sonda sülh razılaşmasına nail olacağına inandığını deyib:

"Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin əhəmiyyəti böyükdür. Biz bu iki ölkənin nəticə etibarı ilə bir sülh sazişi üzrə razılıq əldə edəcəklərinə inanırıq".

Həm Ankara, həm də Tbilisi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında birbaşa maraqlı olan aktorlardır. Çünki bu dövlətlərin ikisi də region ölkəsidir. Odur ki, bölgədə sabitliyin və əməkdaşlıq mühitinin təmin olunması həm Türkiyənin, həm də Gürcüstanın maraqlarına uyğundur.

Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL

Əslində Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb. Çünki region üçün prioritet hesab olunan bu prosesin reallaşmasına mane olan əsas əngəllər artıq aradan qalxıb: Azərbaycan ərazi bütövlüyünü təmin edib, sərhədlərin delimitasiya və demarkasiyası prosesi başlayıb. Üstəgəl, birbaşa təmaslar güclənib. Bu isə öz-özlüyündə regionda “suları bulandırmaq” niyyətində olan üçüncü qüvvələrin, xüsusilə ABŞ və Fransanın proseslərə müdaxilə imkanının qarşısını alır.

Təsadüfi deyil ki, artıq regional ölkələr, o cümlədən Ankara və Tbilisi də sülhlə bağlı müsbət, ümidli düşünür.

R.T.Ərdoğanın dediyi kimi, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi, doğrudan da, tarixi fürsət olacaq. Bu, bölgədə 3+3 (Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistan) platformasının formalaşması, həmçinin region ölkələrinin əməkdaşlığı üçün imkan yaradacaq. Beləliklə, həm də kənar oyunçuların bölgəyə müdaxiləsinin qarşısı alınacaq.

Ermənistanın Azərbaycanın şərtlərinə uyğun olaraq sülh sazişini imzalaması həm də bu dövlətin Türkiyə ilə münasibətlərinə təsir edəcək. Beləliklə, perspektivdə rəsmi İrəvan üçün yeni təhlükəsizlik çətiri formalaşa bilər. Fikrimizcə, hazırda Qərb və Rusiya arasında sıxılan mövcud Ermənistan hakimiyyəti bunu nəzərə almalıdır.

Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Türkiyə qədər Gürcüstan da maraqlıdır. Çünki Gürcüstan hər iki ölkə ilə qonşudur. Həmçinin Tbilisinin həm Bakı, həm də İrəvanla normal, bərabər səviyyəli münasibətləri var. Belə bir situasiyada Azərbaycan və Ermənistan arasında gərginlik Gürcüstanın milli maraqlarına uyğun deyil. Üstəgəl, Gürcüstan başa düşür ki, iki qonşusu arasında münasibətlərin normallaşması və yekun sülh sazişi bütün regionun, o cümlədən onun özünün xeyrinədir. Çünki münasibətlərin normallaşması, regional əməkdaşlıq mühitinin təmin olunması həm də bölgənin iqtisadi rifahına səbəb olacaq.

Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL

Təsadüfi deyil ki, İ.Kobaxidze çıxışı zamanı üçtərəfli əlaqələrin inkişafına da toxunub. O, söyləyib ki, Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı, həqiqətən, vacibdir.

Əlbəttə, bu əməkdaşlıq təkcə siyasi yox, həm də iqtisadi, enerji, təhlükəsizlik və hərbi sahədə əlaqələri nəzərdə tutur.

Üçtərəfli əlaqələrin inkişafı gələcəkdə Gürcüstan və Rusiya arasında problemlərin həllinə, “buzların əriməsi”nə də səbəb olar. Bakı və Ankara Tbilisi ilə Ankara arasında uğurlu vasitəçilik edə bilər.

Beləliklə, Türkiyə və Gürcüstan liderləri regionla bağlı mühüm mesajlar verdilər. Bu ismarışlar, şübhəsiz ki, hər şeydən əvvəl regional əməkdaşlıq baxımından qiymətləndirilməlidir.(Report)

Son xəbərlər

Ukraynanın XİN başçısı: Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir - Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH

Qazaxıstan Prezidenti ordunun döyüş potensialının artırılmasını tapşırıb

Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib

Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq

Prezident nekroloq imzaladı

Türkiyədə dəhşətli mədən qəzası - Fəhlələr dağıntı altında qalıb

Sabahın hava proqnozu açıqlanıb

Pezeşkian sabah Pakistana səfər edəcək

Xalq artisti Arif Babayev vəfat edib

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Çoxuşaqlı analarla bağlı AÇIQLAMA

İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir

Məhəmməd Fadila: "Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır"

Zəngəzurda yolayrıcında qalan İran – hakimiyyətdaxili ziddiyyətlərin təzahürü - ŞƏRH

Avqustun 6-dan MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Avqustun 11-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

Gömrük Komitəsində otağı su basdı - Video

Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq

BİZİM TƏQVİM: 31 iyulda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər