{category-title}

Elvin Rəhimov

"Mahal" MTK-nın sədri 

 

 

44 günlük İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrini diz çökdürən Azərbaycan Ordusu bu Zəfərimizdən əvvəl də işğalçı dövlətə dəfələrlə dərs vermişdi. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı bunun bariz nümunəsidir. Lakin Ermənistan bu dərslərdən nəticə çıxarmadı, əksinə yeni ərazilər uğrunda müharibə planları hazırladı. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları bu planlarının nümayişi oldu. İşğalçı dövlət tarixdə heç zaman unuda bilməyəcəyi dərsi aldı.

10 dekabr 2020-ci il tarixdə Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirak etdiyi paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı, düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursatı, hərbi texnikaları da nümayiş olundu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətlərində daim düşmənin döyüş meydanında məhv edilən və qənimət kimi götürülən hərbi texnikası barədə ətraflı məlumat verərək bunların Azadlıq meydanında keçiriləcək hərbi paradda nümayiş etdirələcəyini bildirirdi. Cənab İlham Əliyev müharibəni böyük Qələbə ilə başa vuracağımıza əmin idi. Azərbaycan Ordusunun döyüş ruhu, qələbə əzmi belə bir əminliyə əsas verirdi. 30 illik işğal dövründə ən yüksək tribunalardan sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantının istisna edilməməsi də Silahlı Qüvvələrimizin gücünə, qüdrətinə inamdan irəli gəlirdi.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Zəfərimizin əbədiləşdirilməsi, təbliği məqsədilə Bakının Xətai rayonunda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkında da Azərbaycan Ordusunun düşmən üzərində sarsıdıcı uğurunu əks etdirən, düşməndən qənimət götürülən silah-sursat, hərbi texnika nümayiş olunur. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır. Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğunda bir çox islahatlar aparıldı, işğaldan azad edilmiş ərazilərimizdə yeni hərbi hissələr yaradıldı. Silahlı Qüvvələrimiz qarşısında dayanan bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyümüzü və suverenliyimizi müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Bu ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirlərinin nəticələri Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu bir daha təsdiqlədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 sentyabr tarixində xalqa müraciətində bəyan etdi: “Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Qeyd etdiyimiz kimi, Zəfər paradı Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun nümayişi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu dostluğun sarsılmazlığını belə ifadə etdi: “Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.” Tarixi Zəfərimizdən çox keçmədi ki 2021-ci il 15 iyun tarixində Qarabağın tacı Şuşada Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi üçün yol xəritəsi olan Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd dünyaya növbəti mesaj oldu: Dünya miqyasında Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan ikinci ölkələr yoxdur.

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər